Musa ibn Təlhənin “Ayın üç gününü oruc tutmaq” hədisi haqda ixtilafı
أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ ، عَنْ بَكْرٍ ، عَنْ عِيسَى ، عَنْ مُحَمَّدٍ ، عَنِ الْحَكَمِ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ ابْنِ الْحَوْتَكِيَّةِ ، قَالَ : قَالَ أَبِي : جَاءَ أَعْرَابِيٌّ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَعَهُ أَرْنَبٌ قَدْ شَوَاهَا وَخُبْزٌ ، فَوَضَعَهَا بَيْنَ يَدَيِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ قَالَ : إِنِّي وَجَدْتُهَا تَدْمَى ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَصْحَابِهِ : لاَ يَضُرُّ ، كُلُوا ، وَقَالَ لِلأَعْرَابِيِّ : كُلْ ، قَالَ : إِنِّي صَائِمٌ ، قَالَ : صَوْمُ مَاذَا ؟ قَالَ : صَوْمُ ثَلاَثَةِ أَيَّامٍ مِنَ الشَّهْرِ ، قَالَ : إِنْ كُنْتَ صَائِمًا فَعَلَيْكَ بِالْغُرِّ الْبِيضِ : ثَلاَثَ عَشْرَةَ ، وَأَرْبَعَ عَشْرَةَ ، وَخَمْسَ عَشْرَةَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : الصَّوَابُ عَنْ أَبِي ذَرٍّ ، وَيُشْبِهُ أَنْ يَكُونَ وَقَعَ مِنَ الْكُتَّابِ ذَرٌّ ، فَقِيلَ أَبِي.
“Rəvayət edilir ki, İbn əl-Həvtəkiyyə ﵀ demişdir: “Atam dedi: “Bir dəfə Peyğəmbərin ﷺ yanına qızardılmış dovşan və çörəklə bir kişi gəldi. Onları Peyğəmbərin ﷺ qarşısına qoydu və dedi: “Onu qanı axan halda tapdım”. Allah Elçisi ﷺ səhabələrinə buyurdu: “Ziyanı yoxdur, yeyin!” Bədəviyə də: “Sən də ye!” dedi. Bədəvi dedi: “Mən oruc tutmuşam”. Allah Elçisi ﷺ buyurdu: “Nə orucunu tutmusan?” Bədəvi dedi: “Ayda tutulan üç günün orucunu”. Allah Elçisi ﷺ buyurdu: “Əgər oruc tutmaq istəsən, sənə “ağ günlər”də - on üç, on dörd və on beşinci günü oruc tutmağı tövsiyə edirəm”.”
İstinad
Nəsəi, 2427 (Oruc, 338)
Sunən ən-Nəsəi — Oruc kitabı