Musa ibn Təlhənin “Ayın üç gününü oruc tutmaq” hədisi haqda ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، عَنْ طَلْحَةَ بْنِ يَحْيَى ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، قَالَ : أُتِيَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِأَرْنَبٍ قَدْ شَوَاهَا رَجُلٌ ، فَلَمَّا قَدَّمَهَا إِلَيْهِ قَالَ : يَا رَسُولَ اللهِ إِنِّي قَدْ رَأَيْتُ بِهَا دَمًا ، فَتَرَكَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمْ يَأْكُلْهَا ، وَقَالَ لِمَنْ عِنْدَهُ : كُلُوا ، فَإِنِّي لَوِ اشْتَهَيْتُهَا أَكَلْتُهَا وَرَجُلٌ جَالِسٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ادْنُ فَكُلْ مَعَ الْقَوْمِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ إِنِّي صَائِمٌ ، قَالَ : فَهَلاَّ صُمْتَ الْبِيضَ ، قَالَ : وَمَا هُنَّ ؟ قَالَ : ثَلاَثَ عَشْرَةَ ، وَأَرْبَعَ عَشْرَةَ ، وَخَمْسَ عَشْرَةَ.
“Rəvayət edilir ki, Musa ibn Təlhə ﵀ demişdir: “Bir kişi Peyğəmbərə ﷺ qızardılmış bir dovşan gətirdi. O, dovşanı Peyğəmbərə ﷺ verərkən dedi: “Mən onu qanlı halda tapmışam”. Allah Elçisi ﷺ dovşanı yemədi və yanında olanlara dedi: “Siz yeyin, iştaham olsa idi, mən də yeyərdim”. Bu zaman həmin kişi oturmuşdu. Allah Elçisi ﷺ ona dedi: “Gəl, sən də camaatla ye!” O dedi: “Ey Allahın Elçisi, mən oruc tutmuşam”. Peyğəmbər ﷺ dedi: “Əgər tutmaq istəsən, ağ günlərdə tut”. Adam dedi: “O hansı günlərdir?” Allah Elçisi ﷺ buyurdu: “Ayın on üçü, on dördü və on beşi”.”
İstinad
Nəsəi, 2429 (Oruc, 340)
Sunən ən-Nəsəi — Oruc kitabı