Cihad kitabı

Döyüşçünü təchiz edənin fəziləti

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، قَالَ : سَمِعْتُ حُصَيْنَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، يُحَدِّثُ عَنْ عَمْرِو بْنِ جَاوَانَ ، عَنِ الأَحْنَفِ بْنِ قَيْسٍ ، قَالَ : خَرَجْنَا حُجَّاجًا فَقَدِمْنَا الْمَدِينَةَ وَنَحْنُ نُرِيدُ الْحَجَّ ، فَبَيْنَا نَحْنُ فِي مَنَازِلِنَا نَضَعُ رِحَالَنَا ، إِذْ أَتَانَا آتٍ فَقَالَ : إِنَّ النَّاسَ قَدِ اجْتَمَعُوا فِي الْمَسْجِدِ وَفَزِعُوا ، فَانْطَلَقْنَا ، فَإِذَا النَّاسُ مُجْتَمِعُونَ عَلَى نَفَرٍ فِي وَسَطِ الْمَسْجِدِ ، وَفِيهِمْ عَلِيٌّ ، وَالزُّبَيْرُ ، وَطَلْحَةُ ، وَسَعْدُ بْنُ أَبِي وَقَّاصٍ ، فَإِنَّا لَكَذَلِكَ إِذْ جَاءَ عُثْمَانُ ، رَضِيَ اللَّهُ عَنْهُ عَلَيْهِ مُلاَءَةٌ صَفْرَاءُ قَدْ قَنَّعَ بِهَا رَأْسَهُ ، فَقَالَ : أَهَاهُنَا طَلْحَةُ ، أَهَاهُنَا الزُّبَيْرُ ، أَهَاهُنَا سَعْدٌ ، قَالُوا : نَعَمْ ، قَالَ : فَإِنِّي أَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ يَبْتَاعُ مِرْبَدَ بَنِي فُلاَنٍ ، غَفَرَ اللَّهُ لَهُ فَابْتَعْتُهُ بِعِشْرِينَ أَلْفًا ، أَوْ بِخَمْسَةٍ وَعِشْرِينَ أَلْفًا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَخْبَرْتُهُ ، فَقَالَ : اجْعَلْهُ فِي مَسْجِدِنَا وَأَجْرُهُ لَكَ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : أَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ ابْتَاعَ بِئْرَ رُومَةَ ، غَفَرَ اللَّهُ لَهُ ، فَابْتَعْتُهَا بِكَذَا وَكَذَا ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُلْتُ : قَدْ ابْتَعْتُهَا بِكَذَا وَكَذَا ، قَالَ : اجْعَلْهَا سِقَايَةً لَلْمُسْلِمِينَ وَأَجْرُهَا لَكَ ، قَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : أَنْشُدُكُمْ بِاللَّهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ ، أَتَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَظَرَ فِي وُجُوهِ الْقَوْمِ ، فَقَالَ : مَنْ يُجَهِّزُ هَؤُلاَءِ غَفَرَ اللَّهُ لَهُ - يَعْنِي جَيْشَ الْعُسْرَةِ ، فَجَهَّزْتُهُمْ حَتَّى لَمْ يَفْقِدُوا عِقَالاً وَلاَ خِطَامًا ، فَقَالُوا : اللَّهُمَّ نَعَمْ ، قَالَ : اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ ، اللَّهُمَّ اشْهَدْ.

“Rəvayət edilir ki, Əhnəf ibn Qeys ﵀ demişdir: “Biz həcc etmək üçün yola çıxdıq və Mədinəyə gəldik. Məqsədimiz sadəcə həcc etmək idi. Düşərgə saldığımız yerdə yüklərimizi boşaldarkən bir nəfər gəlib dedi: “Camaat məsciddə toplanıb və narahatlıq var”. Biz məscidə getdik. Camaat məscidin ortasında toplaşmışdı. Onların arasında Əli, əz-Zubeyr, Təlhə və Səd ibn Əbu Vaqqas da var idi. Biz bu vəziyyətdə olduqda Osman ﵁ gəldi. Sarı bir örtüyə bürünüb örtüyün bir parçası ilə başını örtmüşdü və belə dedi: “Təlhə buradadırmı? əz-Zubeyr buradadırmı? Səd buradadırmı?” Orada: “Bəli” dedilər. Osman dedi: “Özündən başqa ibadətə layiq məbud olmayan Allah üçün deyin, Allah Elçisinin ﷺ: “Kim filankəsin oğullarının xurma qurutma yerini alarsa Allah onu bağışlayar” buyurduğunu bilirsinizmi? Mən də oranı iyirmi və ya iyirmi beş minə aldım. Mən Allah Elçisinin ﷺ yanına gəlib vəziyyəti ona danışdım. O da buyurdu: “Onu məscidimizə bağışla, savabı sənindir”. Orada olanlar dedilər: “Allah şahidimizdir ki, doğru deyirsən”. Osman sözlərinə davam edərək: “Özündən başqa ibadətə layiq məbud olmayan Allah üçün deyin, Allah Elçisinin ﷺ: “Kim Rumə quyusunu alıb müsəlmanlara vəqf edərsə, Allah onu bağışlayar”- buyurduğunu bilirsinizmi? Mən də o quyunu bu qədər və bu qədər qiymətə aldım. Allah Elçisinin ﷺ yanına gəlib: “Rumə quyusunu bu qədər qiymətə aldım” dedim. O da buyurdu: “Onu müsəlmanların su ehtiyacları üçün vəqf et, savabı sənindir”. Orada olanlar: “Allah şahidimiz olsun ki, sən doğru deyirsən”- dedilər”. Osman sözlərinə davam edərək dedi: “Özündən başqa ibadətə layiq məbud olmayan Allah üçün deyin, Allah Elçisinin ﷺ səhabələrinə xitab edərək: “Kim bu ordunu təchiz edərsə, Allah onu əfv edər” buyurduğunu bilirsinizmi? Mən də, “Ceyşul-Usra” ordusunu cilov və iplərinə qədər təchiz etmişdim”. Orada olanlar: “Allah şahidimiz olsun ki, doğru deyirsən”. Osman da: “Allahım şahid ol, Allahım şahid ol, Allahım şahid ol!”- dedi”.”

Əhnəf ibn Qeys
Zəif

İstinad

Nəsəi, 3182 (Cihad, 98)

Sunən ən-Nəsəi — Cihad kitabı