Nikah kitabı

Allah Elçisinin ﷺ nikahı və zövcələri ilə bağlı məsələlərinin zikri; həmçinin Allahın ﷿ Öz Peyğəmbərinə ﷺ halal, digər yaratdıqlarına haram buyurduğu şeylərin bəyanı - bu da onun şərəfini artırmaq və fəzilətinə diqqət çəkmək üçündür

أَخْبَرَنَا أَبُو دَاوُدَ سُلَيْمَانُ بْنُ سَيْفٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ عَوْنٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، قَالَ : حَضَرْنَا مَعَ ابْنِ عَبَّاسٍ جِنَازَةَ مَيْمُونَةَ زَوْجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِسَرِفَ ، فَقَالَ ابْنُ عَبَّاسٍ : هَذِهِ مَيْمُونَةُ إِذَا رَفَعْتُمْ جَنَازَتَهَا ، فَلاَ تُزَعْزِعُوهَا ، وَلاَ تُزَلْزِلُوهَا ، فَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ مَعَهُ تِسْعُ نِسْوَةٍ ، فَكَانَ يَقْسِمُ لِثَمَانٍ ، وَوَاحِدَةٌ لَمْ يَكُنْ يَقْسِمُ لَهَا.

“Rəvayət edilir ki, Əta ﵀ demişdi: “İbn Abbasla birlikdə Sərif adlı yerdə Peyğəmbərin ﷺ zövcəsi Məymunənin cənazəsində iştirak edirdik. İbn Abbas belə dedi: “Bu, Meymunədir. Onun cənazəsini qaldıranda silkələməyin və titrətməyin! Çünki Allah Elçisi ﷺ ilə birlikdə doqquz zövcəsi yaşayırdı. O, səkkizi üçün günləri bölürdü. (Məymunə bunlardan idi). Biri üçün isə bölmürdü. (O da Səvda idi)”.”

Əta
Səhih

İstinad

Nəsəi, 3196 (Nikah, 1)

Sunən ən-Nəsəi — Nikah kitabı