Nikah kitabı

Subay qalmağın qadağan olunması

أَخْبَرَنَا يَحْيَى بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا أَنَسُ بْنُ عِيَاضٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي رَجُلٌ شَابٌّ ، قَدْ خَشِيتُ عَلَى نَفْسِيَ الْعَنَتَ ، وَلاَ أَجِدُ طَوْلاً أَتَزَوَّجُ النِّسَاءَ ، أَفَأَخْتَصِي ؟ فَأَعْرَضَ عَنْهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَتَّى قَالَ ثَلاَثًا ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا أَبَا هُرَيْرَةَ ، جَفَّ الْقَلَمُ بِمَا أَنْتَ لاَقٍ ، فَاخْتَصِ عَلَى ذَلِكَ ، أَوْ دَعْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : الأَوْزَاعِيُّ لَمْ يَسْمَعْ هَذَا الْحَدِيثَ مِنَ الزُّهْرِيِّ وَهَذَا حَدِيثٌ صَحِيحٌ قَدْ رَوَاهُ يُونُسُ ، عَنِ الزُّهْرِيِّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mən cavanam və günah etməkdən qorxuram. Amma evlənməyə imkanım yoxdur. Özümü axtalatdıra bilərəmmi?” Peyğəmbər ﷺ üzünü çevirdi. Bu sual üç dəfə təkrar edildikdən sonra Peyğəmbər ﷺ buyurdu: “Ey Əbu Hureyra, sənin qədərini yazan qələmin mürəkkəbi qurumuşdur. İstəyirsən, özünü axtalatdır, istəmirsənsə, axtalatdırma!””

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 3215 (Nikah, 20)

Sunən ən-Nəsəi — Nikah kitabı