Subay qalmağın qadağan olunması
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ نَفَرًا مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ بَعْضُهُمْ : لاَ أَتَزَوَّجُ النِّسَاءَ ، وَقَالَ بَعْضُهُمْ : لاَ آكُلُ اللَّحْمَ ، وَقَالَ بَعْضُهُمْ : لاَ أَنَامُ عَلَى فِرَاشٍ ، وَقَالَ بَعْضُهُمْ : أَصُومُ فَلاَ أُفْطِرُ ، فَبَلَغَ ذَلِكَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : مَا بَالُ أَقْوَامٍ يَقُولُونَ كَذَا وَكَذَا ، لَكِنِّي أُصَلِّي وَأَنَامُ ، وَأَصُومُ وَأُفْطِرُ وَأَتَزَوَّجُ النِّسَاءَ ، فَمَنْ رَغِبَ عَنْ سُنَّتِي فَلَيْسَ مِنِّي.
“Ənəs ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbərin ﷺ səhabələrdən bir neçə nəfər dedi: “Mən qadınlarla evlənməyəcəyəm”. Biri dedi: “Mən ət yeməyəcəyəm”. Biri dedi: “Mən (gecələr) yataqda yatmayacağam”. Digəri dedi: “Mən həmişə oruc tutacağam”. Bu söhbət Allah Elçisinə ﷺ çatdıqda Allaha həmd və səna etdikdən sonra buyurdu: “Bəzilərinə nə olur ki, belə-belə deyirlər. Mən həm yatıram, həm də gecələr namaz qılıram, həm oruc tutduğum günlər olur, həm də tutmadığım, həmçinin qadınlarla da evlənirəm. Kim mənim sünnəmdən üz döndərərsə, məndən deyil”.”
İstinad
Nəsəi, 3217 (Nikah, 22)
Sunən ən-Nəsəi — Nikah kitabı