Nikah kitabı

Bakirə ilə evlənmə fəsli

أَخْبَرَنَا الْحَسَنُ بْنُ قَزَعَةَ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ وَهُوَ ابْنُ حَبِيبٍ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، قَالَ : لَقِيَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا جَابِرُ ، هَلْ أَصَبْتَ امْرَأَةً بَعْدِي ؟ قُلْتُ : نَعَمْ يَا رَسُولَ اللهِ ، قَالَ : أَبِكْرًا أَمْ أَيِّمًا ؟ قُلْتُ : أَيِّمًا ، قَالَ : فَهَلاَّ بِكْرًا تُلاَعِبُكَ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ ilə rastlaşdıqda o dedi: “Ey Cabir, mən burada olmadığım dövrdə evləndinmi?” Mən: “Bəli, ey Allahın Elçisi!”, - dedim. Allah Elçisi ﷺ dedi: “Bakirə qadınla, yoxsa dul ilə?” Mən: “Dul ilə!”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Bakirə ilə evlənsəydin, o səninlə əylənərdi”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 3220 (Nikah, 25)

Sunən ən-Nəsəi — Nikah kitabı