Nikah kitabı

Zina edən qadınla evlənmək

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ التَّيْمِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى هُوَ ابْنُ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ الأَخْنَسِ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ مَرْثَدَ بْنَ أَبِي مَرْثَدٍ الْغَنَوِيَّ ، وَكَانَ رَجُلاً شَدِيدًا ، وَكَانَ يَحْمِلُ الأُسَارَى مِنْ مَكَّةَ ، إِلَى الْمَدِينَةِ ، قَالَ : فَدَعَوْتُ رَجُلاً لأَحْمِلَهُ ، وَكَانَ بِمَكَّةَ بَغِيٌّ يُقَالُ لَهَا : عَنَاقُ ، وَكَانَتْ صَدِيقَتَهُ ، خَرَجَتْ فَرَأَتْ سَوَادِي فِي ظِلِّ الْحَائِطِ ، فَقَالَتْ : مَنْ هَذَا مَرْثَدٌ ، مَرْحَبًا وَأَهْلاً يَا مَرْثَدُ ، انْطَلِقِ اللَّيْلَةَ فَبِتْ عِنْدَنَا فِي الرَّحْلِ ، قُلْتُ : يَا عَنَاقُ ، إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حَرَّمَ الزِّنَا ، قَالَتْ : يَا أَهْلَ الْخِيَامِ ، هَذَا الدُّلْدُلُ ، هَذَا الَّذِي يَحْمِلُ أُسَرَاءَكُمْ مِنْ مَكَّةَ إِلَى الْمَدِينَةِ ، فَسَلَكْتُ الْخَنْدَمَةَ ، فَطَلَبَنِي ثَمَانِيَةٌ ، فَجَاؤُوا حَتَّى قَامُوا عَلَى رَأْسِي ، فَبَالُوا ، فَطَارَ بَوْلُهُمْ عَلَيَّ ، وَأَعْمَاهُمُ اللَّهُ عَنِّي ، فَجِئْتُ إِلَى صَاحِبِي ، فَحَمَلْتُهُ ، فَلَمَّا انْتَهَيْتُ بِهِ إِلَى الأَرَاكِ ، فَكَكْتُ عَنْهُ كَبْلَهُ ، فَجِئْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَنْكِحُ عَنَاقَ ، فَسَكَتَ عَنِّي ، فَنَزَلَتْ : {الزَّانِيَةُ لاَ يَنْكِحُهَا إِلاَّ زَانٍ أَوْ مُشْرِكٌ} ، فَدَعَانِي ، فَقَرَأَهَا عَلَيَّ وَقَالَ : لاَ تَنْكِحْهَا.

“Amr ibn Şueyb atasından və babasından ﵄ rəvayət edir ki, güclü adam olan Mərsəd ibn Əbu Mərsəd əl-Ğanəvi əsirləri Məkkədən Mədinəyə aparardı. O buyurdu: “Mədinəyə aparmaq üçün adam axtarırdım. O vaxtlar Məkkədə Ənaq adlı bir fahişə qadın var idi. Bu qadın apardığım adamın dostu idi. O, evindən çıxıb divarın kölgəsində bir neçə kişi gördükdə dedi: “Bu kimdir? Mərsəd, sənsən? Xoş gəlmisən, gəl bu gecə bizdə qal!” Mən dedim: “Ey Ənaq! Allah Elçisi ﷺ zinanı haram edib”. Ənaq dedi: “Ey çadır əhli! Sizin əsirlərinizi Məkkədən Mədinəyə bu “dul-dul” aparır!” Mən də qaçmağa başladım. Xandəmə yolunu tutub apardığım adamla bir yerdə dayandım. Mənim dalımca səkkiz nəfər düşdü və daldalandığım yerin üst hissəsində durdular. Sonra həmin yerdə su başına çıxdılar. Onların sidiyi üstümə sıçradı, lakin Allah məni onlara göstərmədi. Sonra dostumun yanına gəldim və onunla əl-Ərak nahiyəsinə gəldim. Onun əlindəki qandalı açdım və Allah Elçisinin ﷺ yanına gəldim və dedim: “Ey Allahın Elçisi, Ənaq ilə evlənmək istəyirəm”. Allah Elçisi ﷺ bir az sükut etdi və bu ayə nazil oldu: “Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər...” (ən-Nur, 3). Sonra Allah Elçisi ﷺ məni çağırdı, bu ayələri mənə oxudu və buyurdu: “Onunla evlənmə!””

Amr ibn Şueyb atasından və babasından
Həsən

İstinad

Nəsəi, 3228 (Nikah, 33)

Sunən ən-Nəsəi — Nikah kitabı