Elçi düşmək
أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ ، قَالَ : سَمِعْتُ أَبِي ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ بُرَيْدَةَ ، قَالَ : حَدَّثَنِي عَامِرُ بْنُ شَرَاحِيلَ الشَّعْبِيُّ ، أَنَّهُ سَمِعَ فَاطِمَةَ بِنْتَ قَيْسٍ ، وَكَانَتْ مِنَ الْمُهَاجِرَاتِ الأُوَلِ ، قَالَتْ : خَطَبَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ ، فِي نَفَرٍ مِنْ أَصْحَابِ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَخَطَبَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى مَوْلاَهُ أُسَامَةَ بْنِ زَيْدٍ ، وَقَدْ كُنْتُ حُدِّثْتُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَنْ أَحَبَّنِي فَلْيُحِبَّ أُسَامَةَ فَلَمَّا كَلَّمَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قُلْتُ : أَمْرِي بِيَدِكَ ، فَانْكِحْنِي مَنْ شِئْتَ ، فَقَالَ : انْطَلِقِي إِلَى أُمِّ شَرِيكٍ وَأُمُّ شَرِيكٍ امْرَأَةٌ غَنِيَّةٌ مِنَ الأَنْصَارِ ، عَظِيمَةُ النَّفَقَةِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ ، يَنْزِلُ عَلَيْهَا الضِّيفَانُ ، فَقُلْتُ : سَأَفْعَلُ ، قَالَ : لاَ تَفْعَلِي ، فَإِنَّ أُمَّ شَرِيكٍ كَثِيرَةُ الضِّيفَانِ ، فَإِنِّي أَكْرَهُ أَنْ يَسْقُطَ عَنْكِ خِمَارُكِ ، أَوْ يَنْكَشِفَ الثَّوْبُ عَنْ سَاقَيْكِ ، فَيَرَى الْقَوْمُ مِنْكِ بَعْضَ مَا تَكْرَهِينَ ، وَلَكِنِ انْتَقِلِي إِلَى ابْنِ عَمِّكِ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ أُمِّ مَكْتُومٍ ، وَهُوَ رَجُلٌ مِنْ بَنِي فِهْرٍ ، فَانْتَقَلْتُ إِلَيْهِ مُخْتَصَرٌ.
“Rəvayət edilir ki, mühacir olan qadınlardan olan Fatimə bint Qeys ﵂ demişdir: “Abdur-Rahmən ibn Auf Muhəmmədin səhabələrindən bir neçə nəfərlə mənə elçi düşmüşdü. Allah Elçisi ﷺ isə məni köləlikdən azad etdiyi Usamə ibn Zeyd üçün istədi. Mən də Allah Elçisinin ﷺ: “Məni sevən Usaməni sevsin!” dediyini bilirdim. Allah Elçisi ﷺ mənimlə bu məsələ haqda danışdıqda ona: “Mən sənin əmrinə tabeyəm, məni istədiyinlə evləndir”, - dedim. Əvvəlcə isə mənim iddə müddətim bitmədən Allah Elçisinə ﷺ müraciət etdikdə mənə: “Ummu Şərikin evində qal!” demişdi. Ummu Şərik ənsardan olan imkanlı bir qadın idi. Allah ﷿ yolunda çoxlu sədəqə edər və evinə çoxlu qonaq gələrdi. Mən də dedim: “Sən dediyin kimi edərəm”. Lakin Allah Elçisi ﷺ buyurdu: “Ora getmə! Çünki Ummu Şərikin qonağı çox olur və hicabın düşə bilər və ya ətəyin açılar və ayağın görsənər. Beləcə, insanlar sənin istəmədiyin yerlərini görə bilərlər. Sən iddə müddətinin bitməsinə qədər Bəni Fihr tayfasından əmin oğlu Abdullah ibn Amr ibn Ummu Məktumun evinə get!” Mən də orada qalmağa getdim”.”
İstinad
Nəsəi, 3237 (Nikah, 42)
Sunən ən-Nəsəi — Nikah kitabı