Nikah kitabı

Bir kişinin xoşladığı bir adama öz qızını evlənməyə təklif etməsi

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ عُمَرَ ، قَالَ : تَأَيَّمَتْ حَفْصَةُ بِنْتُ عُمَرَ مِنْ خُنَيْسٍ ، يَعْنِي ابْنَ حُذَافَةَ ، وَكَانَ مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، مِمَّنْ شَهِدَ بَدْرًا ، فَتُوُفِّيَ بِالْمَدِينَةِ ، فَلَقِيتُ عُثْمَانَ بْنَ عَفَّانَ فَعَرَضْتُ عَلَيْهِ حَفْصَةَ ، فَقُلْتُ : إِنْ شِئْتَ أَنْكَحْتُكَ حَفْصَةَ ، فَقَالَ : سَأَنْظُرُ فِي ذَلِكَ ، فَلَبِثْتُ لَيَالِيَ فَلَقِيتُهُ ، فَقَالَ : مَا أُرِيدُ أَنْ أَتَزَوَّجَ يَوْمِي هَذَا ، قَالَ عُمَرُ : فَلَقِيتُ أَبَا بَكْرٍ الصِّدِّيقَ ، رَضِيَ اللَّهُ عَنْهُ فَقُلْتُ : إِنْ شِئْتَ أَنْكَحْتُكَ حَفْصَةَ ، فَلَمْ يَرْجِعْ إِلَيَّ شَيْئًا ، فَكُنْتُ عَلَيْهِ أَوْجَدَ مِنِّي عَلَى عُثْمَانَ رَضِيَ اللَّهُ عَنْهُ ، فَلَبِثْتُ لَيَالِيَ ، فَخَطَبَهَا إِلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَأَنْكَحْتُهَا إِيَّاهُ ، فَلَقِيَنِي أَبُو بَكْرٍ فَقَالَ : لَعَلَّكَ وَجَدْتَ عَلَيَّ حِينَ عَرَضْتَ عَلَيَّ حَفْصَةَ ، فَلَمْ أَرْجِعْ إِلَيْكَ شَيْئًا ، قُلْتُ : نَعَمْ ، قَالَ : فَإِنَّهُ لَمْ يَمْنَعْنِي حِينَ عَرَضْتَ عَلَيَّ أَنْ أَرْجِعَ إِلَيْكَ شَيْئًا ، إِلاَّ أَنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَذْكُرُهَا ، وَلَمْ أَكُنْ لأُفْشِيَ سِرَّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَلَوْ تَرَكَهَا نَكَحْتُهَا.

“Rəvayət edilir ki, Ömər ﵁ demişdir: “Qızım Həfsa Xuneys ibn Huzafadan dul qalmışdı. O, Peyğəmbərin ﷺ səhabəsi və Bədr döyüşündə iştirak edənlərdən idi. Mədinədə vəfat etmişdi. Mən Osman ibn Əffan ilə qarşılaşdım və qızım Həfsanı evlənmək üçün ona təklif edərək dedim: “İstəyirsənsə, Həfsanı səninlə evləndirim”. Osman dedi: “Bir az fikirləşərəm”. Bir neçə gecədən sonra onunla yenidən qarşılaşdım. O dedi: “Bugünlük hələ evlənmək istəmirəm”. Sonra Əbu Bəkr əs-Siddiq ﵁ ilə qarşılaşdım və dedim: “İstəyirsənsə, Həfsanı səninlə evləndirim”. O mənə heç nə demədi. Mən Osmana ﵁ qəzəbləndiyimdən daha çox ona qəzəbləndim. Bir neçə gecə keçdikdən sonra Allah Elçisi ﷺ Həfsa ilə evlənmək üçün onu məndən istədi. Mən də onu Həfsa ilə evləndirdim. Bu arada Əbu Bəkr ilə qarşılaşdım. O dedi: “Həfsanı evlənmək üçün mənə təklif etdikdə mənim cavab verməməyimə, yəqin ki, qəzəblənmisən”. Mən də: “Bəli” dedim. Əbu Bəkr dedi: “Sən mənə qızını vermək istəyəndə Allah Elçisinin ﷺ sənin qızını istəyəcəyini bilmişdim, lakin Allah Elçisinin ﷺ sirrini açmaq istəmədim. Əgər o bu fikirdən daşınsaydı, sənin qızını mən alardım”.”

Ömər
Səhih

İstinad

Nəsəi, 3248 (Nikah, 53)

Sunən ən-Nəsəi — Nikah kitabı