Nikah kitabı

Bir qadının istədiyi ilə evlənməsi üçün Rəbbinə istixarə etməsi

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ الْمُغِيرَةِ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : لَمَّا انْقَضَتْ عِدَّةُ زَيْنَبَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِزَيْدٍ : اذْكُرْهَا عَلَيَّ ، قَالَ زَيْدٌ : فَانْطَلَقْتُ ، فَقُلْتُ : يَا زَيْنَبُ أَبْشِرِي ، أَرْسَلَنِي إِلَيْكِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَذْكُرُكِ ، فَقَالَتْ : مَا أَنَا بِصَانِعَةٍ شَيْئًا حَتَّى أَسْتَأْمِرَ رَبِّي ، فَقَامَتْ إِلَى مَسْجِدِهَا ، وَنَزَلَ الْقُرْآنُ ، وَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَدَخَلَ بِغَيْرِ أَمْرٍ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Zeynəbin iddə müddəti bitdikdə Allah Elçisi ﷺ Zeydə dedi: “Get, onu mənimlə evlənmək üçün istə!” Zeyd deyir: “Mən dərhal gedib dedim: “Ey Zeynəb, sevin! Məni sənə Allah Elçisi ﷺ göndərib, səninlə evlənmək istəyir”. Zeynəb: “Bu məsələdə Rəbbimdən xeyir istəmədən (istixarə etmədən) heç nə edə bilmərəm”, - dedi və durub evindəki namaz qıldığı yerə getdi. Bu vaxt Qurandan ayə (əl-Əhzab, 37) nazil oldu. Beləliklə, Allah Elçisi ﷺ gəlib Zeynəblə evləndi”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 3251 (Nikah, 56)

Sunən ən-Nəsəi — Nikah kitabı