Nikah kitabı

Kişinin böyük qızını evləndirməsi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي سَالِمُ بْنُ عَبْدِ اللهِ ، أَنَّهُ سَمِعَ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، يُحَدِّثُ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ ، رَضِيَ اللَّهُ عَنْهُ ، حَدَّثَنَا قَالَ : يَعْنِي تَأَيَّمَتْ حَفْصَةُ بِنْتُ عُمَرَ مِنْ خُنَيْسِ بْنِ حُذَافَةَ السَّهْمِيِّ ، وَكَانَ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَتُوُفِّيَ بِالْمَدِينَةِ ، قَالَ عُمَرُ : فَأَتَيْتُ عُثْمَانَ بْنَ عَفَّانَ رَضِيَ اللَّهُ عَنْهُ فَعَرَضْتُ عَلَيْهِ حَفْصَةَ بِنْتَ عُمَرَ ، قَالَ : قُلْتُ : إِنْ شِئْتَ أَنْكَحْتُكَ حَفْصَةَ ، قَالَ : سَأَنْظُرُ فِي أَمْرِي ، فَلَبِثْتُ لَيَالِيَ ثُمَّ لَقِيَنِي ، فَقَالَ : قَدْ بَدَا لِي أَنْ لاَ أَتَزَوَّجَ يَوْمِي هَذَا ، قَالَ عُمَرُ : فَلَقِيتُ أَبَا بَكْرٍ الصِّدِّيقَ رَضِيَ اللَّهُ عَنْهُ ، فَقُلْتُ : إِنْ شِئْتَ زَوَّجْتُكَ حَفْصَةَ بِنْتَ عُمَرَ ، فَصَمَتَ أَبُو بَكْرٍ فَلَمْ يَرْجِعْ إِلَيَّ شَيْئًا ، فَكُنْتُ عَلَيْهِ أَوْجَدَ مِنِّي عَلَى عُثْمَانَ ، فَلَبِثْتُ لَيَالِيَ ، ثُمَّ خَطَبَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَنْكَحْتُهَا إِيَّاهُ فَلَقِيَنِي أَبُو بَكْرٍ فَقَالَ : لَعَلَّكَ وَجَدْتَ عَلَيَّ حِينَ عَرَضْتَ عَلَيَّ حَفْصَةَ فَلَمْ أَرْجِعْ إِلَيْكَ شَيْئًا ، قَالَ عُمَرُ : قُلْتُ : نَعَمْ ، قَالَ : فَإِنَّهُ لَمْ يَمْنَعْنِي أَنْ أَرْجِعَ إِلَيْكَ شَيْئًا فِيمَا عَرَضْتَ عَلَيَّ ، إِلاَّ أَنِّي قَدْ كُنْتُ عَلِمْتُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَدْ ذَكَرَهَا ، وَلَمْ أَكُنْ لأُفْشِيَ سِرَّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَلَوْ تَرَكَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَبِلْتُهَا.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Qızım Həfsa Xuneys ibn Huzafa əs-Səhmidən dul qalmışdı. O, Allah Elçisinin ﷺ səhabəsi idi və Mədinədə vəfat etmişdi. Mən Osman ibn Əffanın ﵁ yanına getdim və ona qızım Həfsa bint Ömərlə evlənmək təklifi edərək dedim: “İstəyirsənsə, Həfsanı səninlə evləndirim”. Osman dedi: “Bu haqda fikirləşərəm”. Bir neçə gecədən sonra onunla yenidən qarşılaşdım. O dedi: “Bugünlük evlənməməyin daha uyğun olduğunu düşünürəm”. Sonra Əbu Bəkr əs-Siddiqlə ﵁ qarşılaşdım və dedim: “İstəyirsənsə, Həfsa bint Öməri səninlə evləndirim”. O mənə heç nə demədi. Mən Osmana qəzəbləndiyimdən daha çox ona qəzəbləndim. Bir neçə gecə keçdikdən sonra Allah Elçisi ﷺ Həfsa ilə evlənmək üçün onu məndən istədi. Mən də onu Həfsa ilə evləndirdim. Bu arada Əbu Bəkrlə qarşılaşdım. O dedi: “Həfsanı evlənmək üçün mənə təklif etdikdə mənim cavab verməməyimə yəqin ki qəzəblənmisən”. Mən də: “Bəli”, - dedim. Əbu Bəkr dedi: “Sən mənə qızını vermək istəyəndə Allah Elçisinin ﷺ sənin qızını istəyəcəyini bilmişdim, lakin Allah Elçisinin ﷺ sirrini açmaq istəmədim. Əgər o bu fikirdən daşınsaydı, sənin qızını mən alardım”.”

Ömər ibn əl-Xattab
Səhih

İstinad

Nəsəi, 3259 (Nikah, 64)

Sunən ən-Nəsəi — Nikah kitabı