Nikah kitabı

Dul qadından evlənmək üçün razılığın alınması

أَخْبَرَنَا يَحْيَى بْنُ دُرُسْتَ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، أَنَّ أَبَا سَلَمَةَ ، حَدَّثَهُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ تُنْكَحُ الثَّيِّبُ حَتَّى تُسْتَأْذَنَ ، وَلاَ تُنْكَحُ الْبِكْرُ حَتَّى تُسْتَأْمَرَ قَالُوا : يَا رَسُولَ اللهِ ، كَيْفَ إِذْنُهَا ؟ قَالَ : إِذْنُهَا أَنْ تَسْكُتَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadının öz razılığı olmadan onunla evlənməyin. Bakirədən də razılıq alınmalıdır”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, bakirənin razılığı necə olur?” Allah Elçisi ﷺ buyurdu: “Bakirənin razılığı onun susmasıdır”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 3265 (Nikah, 70)

Sunən ən-Nəsəi — Nikah kitabı