Kəbin kəsildikdə deyilən sözlər
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : سَمِعْتُ أَبَا حَازِمٍ ، يَقُولُ : سَمِعْتُ سَهْلَ بْنَ سَعْدٍ ، يَقُولُ : إِنِّي لَفِي الْقَوْمِ عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَامَتِ امْرَأَةٌ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنَّهَا قَدْ وَهَبَتْ نَفْسَهَا لَكَ ، فَرَأْ فِيهَا رَأْيَكَ ، فَسَكَتَ ، فَلَمْ يُجِبْهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِشَيْءٍ ، ثُمَّ قَامَتْ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّهَا قَدْ وَهَبَتْ نَفْسَهَا لَكَ ، فَرَأْ فِيهَا رَأْيَكَ ، فَقَامَ رَجُلٌ ، فَقَالَ : زَوِّجْنِيهَا يَا رَسُولَ اللهِ ، قَالَ : هَلْ مَعَكَ شَيْءٌ ؟ قَالَ : لاَ ، قَالَ : اذْهَبْ فَاطْلُبْ وَلَوْ خَاتَمًا مِنْ حَدِيدٍ ، فَذَهَبَ فَطَلَبَ ، ثُمَّ جَاءَ ، فَقَالَ : لَمْ أَجِدْ شَيْئًا ، وَلاَ خَاتَمًا مِنْ حَدِيدٍ ، قَالَ : هَلْ مَعَكَ مِنَ الْقُرْآنِ شَيْءٌ ؟ قَالَ : نَعَمْ ، مَعِي سُورَةُ كَذَا وَسُورَةُ كَذَا ، قَالَ : قَدْ أَنْكَحْتُكَهَا عَلَى مَا مَعَكَ مِنَ الْقُرْآنِ.
“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanında olan bir dəstə adamın içində idim. Bu arada bir qadın ayağa durub dedi: “Ey Allahın Elçisi, o qadın özünü sənə təqdim edir, buna necə baxırsan?” Peyğəmbər ﷺ susdu və heç bir cavab vermədi. Həmin qadın yenidən ayağa durub dedi: “Ey Allahın Elçisi, o qadın özünü sənə təqdim edir, buna necə baxırsan?” Bu vaxt bir kişi ayağa durub dedi: “Onu mənimlə evləndir, ey Allahın Elçisi!” Peyğəmbər ﷺ buyurdu: “Mehr verməyə bir malın var?” Kişi: “Xeyr”, - dedi. Peyğəmbər ﷺ buyurdu: “Get, axtar! Dəmir bir halqa olsa belə, tapsan, gətir!” Kişi getdi, sonra gəlib dedi: “Bir dəmir üzük belə tapa bilmədim”. Peyğəmbər ﷺ buyurdu: “ Qurandan əzbər bildiyin bir şey varmı?” Kişi dedi: “Bəli, filan və filan surələri əzbər bilirəm”. Peyğəmbər ﷺ buyurdu: “Əzbər bildiyin Quran ayələrini bu qadına öyrətməyini mehr olaraq qəbul edib səni bu qadınla evləndirirəm”.”
İstinad
Nəsəi, 3280 (Nikah, 85)
Sunən ən-Nəsəi — Nikah kitabı