Nikah kitabı

İki bacının (eyni vaxtda) bir kişinin nikahı altında olmasının haram olması

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنْ زَيْنَبَ بِنْتِ أَبِي سَلَمَةَ ، عَنْ أُمِّ حَبِيبَةَ ، أَنَّهَا قَالَتْ : يَا رَسُولَ اللهِ ، هَلْ لَكَ فِي أُخْتِي ؟ قَالَ : فَأَصْنَعُ مَاذَا ؟ قَالَتْ : تَزَوَّجْهَا ، قَالَ : فَإِنَّ ذَلِكَ أَحَبُّ إِلَيْكِ ؟ قَالَتْ : نَعَمْ ، لَسْتُ لَكَ بِمُخْلِيَةٍ ، وَأَحَبُّ مَنْ يَشْرَكُنِي فِي خَيْرٍ أُخْتِي قَالَ : إِنَّهَا لاَ تَحِلُّ لِي قَالَتْ : فَإِنَّهُ قَدْ بَلَغَنِي أَنَّكَ تَخْطُبُ دُرَّةَ بِنْتَ أُمِّ سَلَمَةَ ، قَالَ : بِنْتُ أَبِي سَلَمَةَ ، قَالَتْ : نَعَمْ ، قَالَ : وَاللَّهِ لَوْ لَمْ تَكُنْ رَبِيبَتِي مَا حَلَّتْ لِي ، إِنَّهَا لاَبْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، فَلاَ تَعْرِضْنَ عَلَيَّ بَنَاتِكُنَّ وَلاَ أَخَوَاتِكُنَّ.

“Rəvayət edilir ki, Ummu Həbibə ﵂ dedi: “Ey Allahın Elçisi, mənim bacım haqda nə deyirsən?” Peyğəmbər ﷺ buyurdu: “Hansı məsələdə, nə etmək lazımdır?” O dedi: “Onunla evlən”. Allah Elçisi ﷺ buyurdu: “Sən buna razısan?” O dedi: “Bəli, onsuz da sənin zövcən olmaqda şəriksiz deyiləm, bu xeyirdə bir şərikim də bacım olar”. Peyğəmbər buyurdu: “O mənə halal deyil”. Mən dedim: “Biz öz aramızda danışırıq ki, sən Durra bint Əbu Sələmə ilə evlənmək istəyirmişsən”. O dedi: “Ummu Sələmənin qızı ilə?” Mən: “Bəli”, - dedim. Allah Elçisi ﷺ buyurdu: “Allaha and olsun ki, əgər o mənim ögey qızım olmasaydı belə, yenə də onunla evlənmək mənə halal olmazdı, çünki o mənim süd qardaşımın qızıdır. Bundan sonra heç vaxt mənə qızlarınızı və bacılarınızı təklif etməyin”.”

Ummu Həbibə
Səhih

İstinad

Nəsəi, 3287 (Nikah, 92)

Sunən ən-Nəsəi — Nikah kitabı