Nikah kitabı

Süd qohumluğuna görə evlənməyin haram olması

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عِرَاكٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّهَا أَخْبَرَتْهُ أَنَّ عَمَّهَا مِنَ الرَّضَاعَةِ - يُسَمَّى أَفْلَحَ - اسْتَأْذَنَ عَلَيْهَا فَحَجَبَتْهُ ، فَأُخْبِرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : لاَ تَحْتَجِبِي مِنْهُ ، فَإِنَّهُ يَحْرُمُ مِنَ الرَّضَاعِ مَا يَحْرُمُ مِنَ النَّسَبِ.

“Aişə ﵂ rəvayət edir ki, onun Əfləh adlı süd əmisi onun yanına gəlmək üçün izin istədi. Aişə də onunla pərdə arxasından salamlaşdı. Məsələ Allah Elçisinə ﷺ xəbər verildikdə o ﷺ buyurdu: “Onunla pərdə arxasından salamlaşmağa ehtiyac yoxdur, çünki nəsil qohumluğu ilə haram sayılanlar süd qohumluğuna görə də haramdır”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 3301 (Nikah, 106)

Sunən ən-Nəsəi — Nikah kitabı