Nikah kitabı

Süd qardaşının qızı ilə evlənməyin haram olması

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السَّلَمِيِّ ، عَنْ عَلِيٍّ ، رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، مَا لَكَ تَنَوَّقُ فِي قُرَيْشٍ وَتَدَعُنَا ؟ قَالَ : وَعِنْدَكَ أَحَدٌ ؟ قُلْتُ : نَعَمْ ، بِنْتُ حَمْزَةَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : إِنَّهَا لاَ تَحِلُّ لِي ، إِنَّهَا ابْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, nəyə görə evlənmək üçün Qureyşi seçir, bizi isə tərk edirsən?” Allah Elçisi ﷺ buyurdu: “Səndə mənimlə evlənə biləcək şəxs var?” Mən dedim: “Bəli, Həmzənin qızı”. Allah Elçisi ﷺ buyurdu: “O mənə halal deyil, çünki o mənim süd qardaşımın qızıdır”.”

Əli
Səhih

İstinad

Nəsəi, 3304 (Nikah, 109)

Sunən ən-Nəsəi — Nikah kitabı