Nikah kitabı

Süd qohumluğuna şahid olmaq

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا إِسْمَعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ ابْنِ أَبِي مُلَيْكَةَ ، قَالَ : حَدَّثَنِي عُبَيْدُ بْنُ أَبِي مَرْيَمَ ، عَنْ عُقْبَةَ بْنِ الْحَارِثِ - قَالَ : وَقَدْ سَمِعْتُهُ مِنْ عُقْبَةَ ، وَلَكِنِّي لِحَدِيثِ عُبَيْدٍ أَحْفَظُ ، قَالَ : تَزَوَّجْتُ امْرَأَةً ، فَجَاءَتْنَا امْرَأَةٌ سَوْدَاءُ ، فَقَالَتْ : إِنِّي قَدْ أَرْضَعْتُكُمَا ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَخْبَرْتُهُ ، فَقُلْتُ : إِنِّي تَزَوَّجْتُ فُلاَنَةَ بِنْتَ فُلاَنٍ ، فَجَاءَتْنِي امْرَأَةٌ سَوْدَاءُ ، فَقَالَتْ : إِنِّي قَدْ أَرْضَعْتُكُمَا ، فَأَعْرَضَ عَنِّي ، فَأَتَيْتُهُ مِنْ قِبَلِ وَجْهِهِ ، فَقُلْتُ : إِنَّهَا كَاذِبَةٌ ، قَالَ : وَكَيْفَ بِهَا وَقَدْ زَعَمَتْ أَنَّهَا قَدْ أَرْضَعَتْكُمَا ، دَعْهَا عَنْكَ.

“Rəvayət edilir ki, Uqbə ibn əl-Haris ﵁ demişdir: “Mən bir qadınla evlənmişdim. Yanımıza bir zənci qadın gələrək dedi: “Mən hər ikinizi əmizdirmişəm”. Mən də Peyğəmbərin ﷺ yanına getdim və dedim: “Mən filankəsin qızı filankəs ilə evlənmişdim. Bir zənci qadın gəlib dedi: “Mən sizin ikinizi də əmizdirmişəm”. Peyğəmbər ﷺ üzünü məndən çevirdi. Mən də üzünü çevirdiyi tərəfdən ona yaxınlaşıb ona dedim: “O qadın yalançıdır”. Peyğəmbər ﷺ buyurdu: “Necə olur ki, hər ikinizi də əmizdirdiyini deyir?! O qadından uzaqlaş!””

Uqbə ibn əl-Haris
Səhih

İstinad

Nəsəi, 3330 (Nikah, 135)

Sunən ən-Nəsəi — Nikah kitabı