Atanın nikahında olan analıqla evlənmək haqda
أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عَمْرٍو ، عَنْ زَيْدٍ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنْ يَزِيدَ بْنِ الْبَرَاءِ ، عَنْ أَبِيهِ ، قَالَ : أَصَبْتُ عَمِّي وَمَعَهُ رَايَةٌ ، فَقُلْتُ : أَيْنَ تُرِيدُ ؟ فَقَالَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى رَجُلٍ نَكَحَ امْرَأَةَ أَبِيهِ ، فَأَمَرَنِي أَنْ أَضْرِبَ عُنُقَهُ وَآخُذَ مَالَهُ.
“Yəzid ibn Bəra atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən yol gedərkən əmimlə rastlaşdım. Onun əlində bir bayraq var idi. Ona dedim: “Hara gedirsən?” O dedi: “Allah Elçisi ﷺ məni (atasının ölümündən sonra) atasının nikahında olan bir qadınla evlənən adamın yanına göndərdi. Onun boynunu vurmağımı və malını almağımı əmr etdi”.”
İstinad
Nəsəi, 3332 (Nikah, 137)
Sunən ən-Nəsəi — Nikah kitabı