Nikah kitabı

Bir çəyirdək qızıl mehrlə evlənmək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لِمُحَمَّدٍ ، عَنْ ابْنِ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ حُمَيْدٍ الطَّوِيلِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ : أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَبِهِ أَثَرُ الصُّفْرَةِ ، فَسَأَلَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَأَخْبَرَهُ ، أَنَّهُ تَزَوَّجَ امْرَأَةً مِنَ الأَنْصَارِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : كَمْ سُقْتَ إِلَيْهَا ؟ قَالَ : زِنَةَ نَوَاةٍ مِنْ ذَهَبٍ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَوْلِمْ وَلَوْ بِشَاةٍ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Abdur-Rahmən ibn Auf Peyğəmbərin ﷺ yanına gəldi. Paltarında yeni evlənənlərin vurduğu sarı ətirin izi var idi. Allah Elçisi ﷺ bu izin səbəbini soruşduqda Abdur-Rahmən ona ənsardan bir qadınla evləndiyini xəbər verdi. Allah Elçisi ﷺ buyurdu: “Nə qədər mehr vermisən?” O dedi: “Bir çəyirdək (ağırlığında) qızıl”. Allah Elçisi ﷺ buyurdu: “Bir qoyun olsa belə, (onu kəsib) qonaqlıq ver!””

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 3351 (Nikah, 156)

Sunən ən-Nəsəi — Nikah kitabı