Qadınla zina
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا حَبَّانُ ، قَالَ : حَدَّثَنَا أَبَانُ ، عَنْ قَتَادَةَ ، عَنْ خَالِدِ بْنِ عُرْفُطَةَ ، عَنْ حَبِيبِ بْنِ سَالِمٍ ، عَنِ النُّعْمَانِ بْنِ بَشِيرٍ : أَنَّ رَجُلاً يُقَالُ لَهُ عَبْدُ الرَّحْمَنِ بْنُ حُنَيْنٍ وَيُنْبَزُ قُرْقُورًا ، أَنَّهُ وَقَعَ بِجَارِيَةِ امْرَأَتِهِ ، فَرُفِعَ إِلَى النُّعْمَانِ بْنِ بَشِيرٍ ، فَقَالَ : لأَقْضِيَنَّ فِيهَا بِقَضِيَّةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، إِنْ كَانَتْ أَحَلَّتْهَا لَكَ جَلَدْتُكَ ، وَإِنْ لَمْ تَكُنْ أَحَلَّتْهَا لَكَ رَجَمْتُكَ بِالْحِجَارَةِ ، فَكَانَتْ أَحَلَّتْهَا لَهُ ، فَجُلِدَ مِئَةً قَالَ قَتَادَةُ : فَكَتَبْتُ إِلَى حَبِيبِ بْنِ سَالِمٍ ، فَكَتَبَ إِلَيَّ بِهَذَا.
“Numan ibn Bəşir ﵁ rəvayət edir ki, bir dəfə Abdur-Rahmən ibn Huneyn adlı və ləqəbi “Qurqur” olan bir kişi zövcəsinin cariyəsi ilə zina etmişdi. Onların məsələsi Numan ibn Bəşirə ərz edildi. Numan dedi: “Mən bu məsələdə Allah Elçisinin ﷺ verdiyi hökmü verəcəyəm. Əgər sənin zövcən buna icazə vermişsə, sənə yüz şallaq vuracağam. Amma sənə bu icazə verilməmişsə, səni rəcm edərəm”. Kişinin zövcəsi ona icazə verdiyinə görə o kişiyə yüz şallaq vuruldu. ...Ravi Qatədə deyir: “Həbib ibn Səlimə məktub yazıb bu hadisəni ondan soruşdum. O da bu hadisəni mənə məktub yazaraq bildirdi”.”
İstinad
Nəsəi, 3361 (Nikah, 166)
Sunən ən-Nəsəi — Nikah kitabı