Nikah kitabı

Müvəqqəti nikahın (siğənin) haram edilməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ الرَّبِيعِ بْنِ سَبْرَةَ الْجُهَنِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : أَذِنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بِالْمُتْعَةِ ، فَانْطَلَقْتُ أَنَا وَرَجُلٌ إِلَى امْرَأَةٍ مِنْ بَنِي عَامِرٍ فَعَرَضْنَا عَلَيْهَا أَنْفُسَنَا ، فَقَالَتْ : مَا تُعْطِينِي ؟ فَقُلْتُ : رِدَائِي ، وَقَالَ صَاحِبِي : رِدَائِي ، وَكَانَ رِدَاءُ صَاحِبِي أَجْوَدَ مِنْ رِدَائِي ، وَكُنْتُ أَشَبَّ مِنْهُ ، فَإِذَا نَظَرَتْ إِلَى رِدَاءِ صَاحِبِي أَعْجَبَهَا ، وَإِذَا نَظَرَتْ إِلَيَّ أَعْجَبْتُهَا ، ثُمَّ قَالَتْ : أَنْتَ وَرِدَاؤُكَ يَكْفِينِي ، فَمَكَثْتُ مَعَهَا ثَلاَثًا ، ثُمَّ إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ كَانَ عِنْدَهُ مِنْ هَذِهِ النِّسَاءِ اللاَّتِي يَتَمَتَّعُ ، فَلْيُخَلِّ سَبِيلَهَا.

“ər-Rabi ibn Səbra əl-Cuhəni atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ müvəqqəti nikaha (siğəyə) izin vermişdi. Mən və bir kişi Bəni Amir tayfasından olan bir qadının yanına getdik və özümüzü təqdim edib müvəqqəti nikah etməyimizi ona bildirdik. Qadın dedi: “(Mehr olaraq) nə verirsən?” Mən dedim: “Mən ridamı verərəm”. Yoldaşım dedi: “Mən də ridamı verərəm”. Yoldaşımın ridası daha yaxşı rida idi, lakin mən ondan daha gənc idim. Qadın yoldaşımın ridasına baxdı və bəyəndi. Mənə baxdıqda isə mənim gənc olmağımdan xoşu gəldi və dedi: “Sən və ridan kifayətdir”. Mən o qadınla üç gün qaldım, sonra Allah Elçisi ﷺ buyurdu: “Kimin yanında müvəqqəti nikahla (siğə ilə) evləndiyi qadın varsa, onu tərk etsin!””

ər-Rabi ibn Səbra əl-Cuhəni atasından
Səhih

İstinad

Nəsəi, 3368 (Nikah, 173)

Sunən ən-Nəsəi — Nikah kitabı