Nikah kitabı

Evlənən üçün necə dua edilir?

حَدَّثَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالاَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ أَشْعَثَ ، عَنِ الْحَسَنِ ، قَالَ : تَزَوَّجَ عَقِيلُ بْنُ أَبِي طَالِبٍ ، امْرَأَةً مِنْ بَنِي جَثْمٍ ، فَقِيلَ لَهُ : بِالرِّفَاءِ وَالْبَنِينَ ، قَالَ : قُولُوا كَمَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : بَارَكَ اللَّهُ فِيكُمْ ، وَبَارَكَ لَكُمْ.

“Rəvayət edilir ki, Həsən ﵁ demişdir: “Aqil ibn Əbu Talib Bəni Cəsm tayfasından bir qadınla evlənmişdi. Ona: “Xoşbəxt olun, oğullarınız olsun!” deyildikdə o dedi: “Allah Elçisinin ﷺ dediyi kimi deyin: “Allah sizin evliliyinizi bərəkətli və mübarək etsin!””

Həsən
Səhih

İstinad

Nəsəi, 3371 (Nikah, 176)

Sunən ən-Nəsəi — Nikah kitabı