Evlənənin sarı ətir vurmasının icazəli olması
أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ نَافِعٍ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ : أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ جَاءَ وَعَلَيْهِ رَدْعٌ مِنْ زَعْفَرَانٍ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَهْيَمْ ؟ قَالَ : تَزَوَّجْتُ امْرَأَةً ، قَالَ : وَمَا أَصْدَقْتَ ؟ قَالَ : وَزْنَ نَوَاةٍ مِنْ ذَهَبٍ ، قَالَ : أَوْلِمْ وَلَوْ بِشَاةٍ.
“Ənəs ﵁ rəvayət edir ki, Abdur-Rahmən ibn Auf üzərində (yeni evlənənlərin vurduğu) zəfəran ətirinin izi olduğu halda gəldi. Allah Elçisi ﷺ ona dedi: “Bu nədir belə?” Abdur-Rahmən dedi: “Bir qadınla evləndim”. Allah Elçisi ﷺ buyurdu: “Bəs mehr olaraq nə vermisən?” Abdur-Rahmən dedi: “Çəyirdək boyda qızıl”. Allah Elçisi ﷺ buyurdu: “Bir qoyunla olsa belə, toy ziyafəti ver!””
İstinad
Nəsəi, 3373 (Nikah, 178)
Sunən ən-Nəsəi — Nikah kitabı