Nikah kitabı

Səfərdə evlənmək

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ابْنُ عُلَيَّةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ ، عَنْ أَنَسٍ : أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ غَزَا خَيْبَرَ ، فَصَلَّيْنَا عِنْدَهَا الْغَدَاةَ بِغَلَسٍ ، فَرَكِبَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَرَكِبَ أَبُو طَلْحَةَ ، وَأَنَا رَدِيفُ أَبِي طَلْحَةَ ، فَأَخَذَ نَبِيُّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي زُقَاقِ خَيْبَرَ ، وَإِنَّ رُكْبَتِي لَتَمَسُّ فَخِذَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَإِنِّي لأَرَى بَيَاضَ فَخِذِ نَبِيِّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلَمَّا دَخَلَ الْقَرْيَةَ قَالَ : اللَّهُ أَكْبَرُ ، خَرِبَتْ خَيْبَرُ ، إِنَّا إِذَا نَزَلْنَا بِسَاحَةِ قَوْمٍ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ قَالَهَا ثَلاَثَ مَرَّاتٍ ، قَالَ : وَخَرَجَ الْقَوْمُ إِلَى أَعْمَالِهِمْ . قَالَ عَبْدُ الْعَزِيزِ : فَقَالُوا : مُحَمَّدٌ - قَالَ عَبْدُ الْعَزِيزِ : وَقَالَ بَعْضُ أَصْحَابِنَا - وَالْخَمِيسُ وَأَصَبْنَاهَا عَنْوَةً فَجَمَعَ السَّبْيَ ، فَجَاءَ دِحْيَةُ ، فَقَالَ : يَا نَبِيَّ اللهِ ، أَعْطِنِي جَارِيَةً مِنَ السَّبْيِ ، قَالَ : اذْهَبْ فَخُذْ جَارِيَةً فَأَخَذَ صَفِيَّةَ بِنْتَ حُيَيٍّ ، فَجَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا نَبِيَّ اللهِ ، أَعْطَيْتَ دِحْيَةَ صَفِيَّةَ بِنْتَ حُيَيٍّ سَيِّدَةَ قُرَيْظَةَ وَالنَّضِيرِ ، مَا تَصْلُحُ إِلاَّ لَكَ ، قَالَ : ادْعُوهُ بِهَا فَجَاءَ بِهَا ، فَلَمَّا نَظَرَ إِلَيْهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : خُذْ جَارِيَةً مِنَ السَّبْيِ غَيْرَهَا ، قَالَ : وَإِنَّ نَبِيَّ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَعْتَقَهَا وَتَزَوَّجَهَا ، فَقَالَ لَهُ ثَابِتٌ : يَا أَبَا حَمْزَةَ ، مَا أَصْدَقَهَا ، قَالَ : نَفْسَهَا أَعْتَقَهَا وَتَزَوَّجَهَا ، قَالَ : حَتَّى إِذَا كَانَ بِالطَّرِيقِ جَهَّزَتْهَا لَهُ أُمُّ سُلَيْمٍ ، فَأَهْدَتْهَا إِلَيْهِ مِنَ اللَّيْلِ ، فَأَصْبَحَ عَرُوسًا ، قَالَ : مَنْ كَانَ عِنْدَهُ شَيْءٌ فَلْيَجِئْ بِهِ ، قَالَ : وَبَسَطَ نِطَعًا ، فَجَعَلَ الرَّجُلُ يَجِيءُ بِالأَقِطِ ، وَجَعَلَ الرَّجُلُ يَجِيءُ بِالتَّمْرِ ، وَجَعَلَ الرَّجُلُ يَجِيءُ بِالسَّمْنِ ، فَحَاسُوا حَيْسَةً ، فَكَانَتْ وَلِيمَةَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qoşun yığıb Xeybərə yollandı. Biz bu qalanın yaxınlığında səhərin ala-qaranlığında Sübh namazını qıldıq. Bundan sonra Peyğəmbər ﷺ və Əbu Təlhə öz miniklərinə mindilər. Mən isə Əbu Təlhənin tərkinə minmişdim. Allahın Peyğəmbəri ﷺ miniyini Xeybərin dar küçələrindən birinə sürdü və bu vaxt mənim dizim Allahın Peyğəmbərinin ﷺ buduna toxundu. Onun izarı yuxarı qalxdı və budu açıldı, onda mən Peyğəmbərin ﷺ budunun ağlığını gördüm. Kəndə daxil olduqda o: “Allahu Əkbər! Xeybər dağıldı. Həqiqətən, biz (fasiq) qövmün yurduna daxil olduqda qorxudulanların sabahı necə də pis olar!”, – deyərək bunu üç dəfə təkrar etdi”. Ənəs dedi: “Xeybərlilər öz işlərindən ötrü evlərindən çıxıb: “Muhəmməd öz qoşunu ilə gəldi!”, – dedilər”. Ənəs deyir: “Biz Xeybəri zəbt etdik. Əsirlər bir yerə toplanıldıqdan sonra Dihyə gəlib dedi: “Ey Allahın Peyğəmbəri, əsir düşmüş cariyələrdən birini mənə ver”. Peyğəmbər ﷺ: “Get, birini götür!”, – dedi və o da Safiyyə bint Huyeyi götürdü. Bundan sonra bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Peyğəmbəri, sən Dihyəyə Bəni Qureyza və Bəni Nədirin xanımı Safiyyə bint Huyeyi verdin, halbuki o qadın ancaq sənə layiqdir”. Onda Peyğəmbər ﷺ buyurdu: “Onu qadınla bir yerdə yanıma çağırın!” Dihyə Safiyyəni onun yanına gətirdi. Peyğəmbər ﷺ qadına baxıb Dihyəyə dedi: “Cariyələrdən başqasını götür”. Ənəs dedi: “Allahın Peyğəmbəri ﷺ Safiyyəni azad edib onunla evləndi”. Ravi Sabit Ənəsdən soruşdu: “Bəs Peyğəmbər ﷺ ona mehr olaraq nə verdi?” Ənəs dedi: “Onun özünü verdi. Onu azad etdi və onunla evləndi”. Ənəs dedi: “Yolda Ummu Suleym Safiyyəni Peyğəmbər ﷺ üçün hazırladı və gecə onun yanına apardı. Evləndiyi gecənin səhəri Peyğəmbər ﷺ dedi: “Kimdə (yeməyə) bir şey varsa, bura gətirsin” və yerə bir dəri sərdi. Bu vaxt kimisi xurma, kimisi də yağ gətirdi”. Sonra onlar heys hazırladılar. Allah Elçisinin ﷺ toy ziyafəti belə oldu”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 3380 (Nikah, 185)

Sunən ən-Nəsəi — Nikah kitabı