Nikah kitabı

Səfərdə evlənmək

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ ، قَالَ : أَقَامَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَيْنَ خَيْبَرَ وَالْمَدِينَةِ ثَلاَثًا يَبْنِي بِصَفِيَّةَ بِنْتِ حُيَيٍّ ، فَدَعَوْتُ الْمُسْلِمِينَ إِلَى وَلِيمَتِهِ ، فَمَا كَانَ فِيهَا مِنْ خُبْزٍ وَلاَ لَحْمٍ ، أَمَرَ بِالأَنْطَاعِ ، وَأَلْقَى عَلَيْهَا مِنَ التَّمْرِ وَالأَقِطِ وَالسَّمْنِ ، فَكَانَتْ وَلِيمَتَهُ ، فَقَالَ الْمُسْلِمُونَ : إِحْدَى أُمَّهَاتِ الْمُؤْمِنِينَ ، أَوْ مِمَّا مَلَكَتْ يَمِينُهُ ، فَقَالُوا : إِنْ حَجَبَهَا ، فَهِيَ مِنْ أُمَّهَاتِ الْمُؤْمِنِينَ ، وَإِنْ لَمْ يَحْجُبْهَا ، فَهِيَ مِمَّا مَلَكَتْ يَمِينُهُ ، فَلَمَّا ارْتَحَلَ وَطَّأَ لَهَا خَلْفَهُ ، وَمَدَّ الْحِجَابَ بَيْنَهَا وَبَيْنَ النَّاسِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ Safiyyə bint Huyey ibn Əxtab ilə evləndi və Xeybər ilə Mədinə arasında üç gün qaldı. Mən də müsəlmanları toy ziyafətinə yeməyə dəvət etdim. Bu toy ziyafətində nə ət, nə də çörək var idi. Peyğəmbər ﷺ bir şeyin sərilməsini əmr etdi. Onun üzərinə kimisi quru pendir, kimisi xurma, kimisi də yağ gətirib qoydu. Allah Elçisinin ﷺ toy yeməyi də bunlardan hazırlandı. Müsəlmanlar Safiyyəni qəsd edərək dedilər: “Ya möminlərin analarından olacaq, ya da Peyğəmbərin ﷺ cariyəsi olaraq qalacaq”. Həmçinin dedilər: “Əgər Peyğəmbər ﷺ onu pərdə arxasına götürərsə, möminlərin anası olacaq. Əgər pərdə arxasına götürməsə, cariyə olaraq qalacaq”. Allah Elçisi ﷺ yola düşdükdə Safiyyəni miniyinin tərkinə oturtdu və insanlarla onun arasına pərdə çəkdi”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 3382 (Nikah, 187)

Sunən ən-Nəsəi — Nikah kitabı