Toy edənə hədiyyə vermək
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا جَعْفَرٌ وَهُوَ ابْنُ سُلَيْمَانَ ، عَنِ الْجَعْدِ أَبِي عُثْمَانَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : تَزَوَّجَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَدَخَلَ بِأَهْلِهِ ، قَالَ : وَصَنَعَتْ أُمِّي أُمُّ سُلَيْمٍ حَيْسًا ، قَالَ : فَذَهَبَتْ بِهِ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : إِنَّ أُمِّي تُقْرِئُكَ السَّلاَمَ ، وَتَقُولُ لَكَ إِنَّ هَذَا لَكَ مِنَّا قَلِيلٌ ، قَالَ : ضَعْهُ ، ثُمَّ قَالَ : اذْهَبْ فَادْعُ فُلاَنًا وَفُلاَنًا وَمَنْ لَقِيتَ وَسَمَّى رِجَالاً ، فَدَعَوْتُ مَنْ سَمَّى وَمَنْ لَقِيتُهُ ، - قُلْتُ لأَنَسٍ : عِدَّةُ كَمْ كَانُوا ؟ قَالَ : يَعْنِي زُهَاءَ ثَلاَثَ مِئَةٍ - فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لِيَتَحَلَّقْ عَشَرَةٌ عَشَرَةٌ ، فَلْيَأْكُلْ كُلُّ إِنْسَانٍ مِمَّا يَلِيهِ فَأَكَلُوا حَتَّى شَبِعُوا ، فَخَرَجَتْ طَائِفَةٌ وَدَخَلَتْ طَائِفَةٌ ، قَالَ لِي : يَا أَنَسُ ، ارْفَعْ فَرَفَعْتُ ، فَمَا أَدْرِي حِينَ رَفَعْتُ كَانَ أَكْثَرَ أَمْ حِينَ وَضَعْتُ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ evləndi və ailəsinin yanına gəldi”. Anam Ummu Suleym heys adlı yemək hazırladı və o yeməyi mənimlə Allah Elçisinə ﷺ göndərdi. Mən yeməyi Allah Elçisinə ﷺ gətirib dedim: “Anam sənə salam göndərib dedi: “Bu bizdən sənə kiçik bir hədiyyədir”. Allah Elçisi ﷺ: “Onu qoy!”, - dedi, sonra da: “Get, filankəsi və filankəsi, qarşılaşdığın hər kəsi yeməyə dəvət et”, - buyuraraq bir çox adamın adını çəkdi. Mən də adları çəkilən və qarşılaşdığım adamları dəvət etdim”. Ravi deyir: “Mən Ənəsə dedim: “Dəvət edilənlər neçə nəfər idi?” Ənəs: “Üç yüz nəfərə yaxın”, - dedi. Ənəs deyir: “Allah Elçisi ﷺ buyurdu: “Dəvət olunanlar on nəfər-on nəfər gəlsinlər və önlərindən yesinlər”. İlk dəstə yeyib doyaraq bayıra çıxdı, sonra ikinci dəstə gəldi. Hamı yedikdən sonra Allah Elçisi ﷺ mənə buyurdu: “Ey Ənəs, süfrəni yığışdır!” Mən də süfrəni yığışdırdım, lakin bilmədim ki, yeməyi ilk qoyduğum anda çox idi, yoxsa sonda qaldırdığımda...”.”
İstinad
Nəsəi, 3387 (Nikah, 192)
Sunən ən-Nəsəi — Nikah kitabı