Talaq (boşanma) kitabı

Kişilərin qadınları boşamaları üçün Allahın ﷿ əmr etdiyi iddə müddəti

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، وَعَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ تَمِيمٍ ، عَنْ حَجَّاجٍ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، أَنَّهُ سَمِعَ عَبْدَ الرَّحْمَنِ بْنَ أَيْمَنَ ، يَسْأَلُ ابْنَ عُمَرَ ، وَأَبُو الزُّبَيْرِ يَسْمَعُ : كَيْفَ تَرَى فِي رَجُلٍ طَلَّقَ امْرَأَتَهُ حَائِضًا ؟ فَقَالَ لَهُ : طَلَّقَ عَبْدُ اللهِ بْنُ عُمَرَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَسَأَلَ عُمَرُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لِيُرَاجِعْهَا فَرَدَّهَا عَلَيَّ ، قَالَ : إِذَا طَهُرَتْ فَلْيُطَلِّقْ أَوْ لِيُمْسِكْ قَالَ ابْنُ عُمَرَ : فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : {يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ} فِي قُبُلِ عِدَّتِهِنَّ.

“Rəvayət edilir ki, Əbuz-Zubeyr ﵀ Abdur-Rahmən ibn Əymənin İbn Ömərə belə bir sual verməsini eşitmişdir: “Zövcəsini heyzli halda boşayan kişi haqda nə deyirsən?” İbn Ömər ona dedi: “Abdullah ibn Ömər Allah Elçisinin ﷺ dövründə zövcəsi heyzli ikən onu boşamışdı. Ömər Allah Elçisinə ﷺ dedi: “Abdullah ibn Ömər öz zövcəsini heyzli ikən boşayıb”. Allah Elçisi ﷺ bu hərəkəti rədd edərək buyurdu: “Zövcəsini qaytarsın!” Sonra buyurdu: “Zövcəsi təmizləndikdən sonra istəsə, boşasın, istəsə, yaşamağa davam etsin”. İbn Ömər deyir: “Sonra onların iddə müddəti haqda olan bu ayəni oxudu: “Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın”. (ət-Talaq, 1)”.”

Əbuz-Zubeyr
Səhih

İstinad

Nəsəi, 3392 (Talaq, 4)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı