Talaq (boşanma) kitabı

Üç talağın bir dəfəyə verməyə rüsxətin verilməsi

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، عَنْ أَبِي عَمْرٍو وَهُوَ الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ ، قَالَ : حَدَّثَتْنِي فَاطِمَةُ بِنْتُ قَيْسٍ : أَنَّ أَبَا عَمْرِو بْنَ حَفْصٍ الْمَخْزُومِيَّ طَلَّقَهَا ثَلاَثًا ، فَانْطَلَقَ خَالِدُ بْنُ الْوَلِيدِ فِي نَفَرٍ مِنْ بَنِي مَخْزُومٍ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَبَا عَمْرِو بْنَ حَفْصٍ طَلَّقَ فَاطِمَةَ ثَلاَثًا ، فَهَلْ لَهَا نَفَقَةٌ ؟ فَقَالَ : لَيْسَ لَهَا نَفَقَةٌ وَلاَ سُكْنَى.

“Fatimə bint Qeys ﵂ rəvayət edir ki, Əbu Amr ibn Həfs əl-Məxzumi onu üç dəfəyə boşadı. Belə olduqda Xalid ibn əl-Valid Bəni Məxzum tayfasından olan bir neçə kişi ilə birlikdə Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, Əbu Amr ibn Həfs Fatiməni üç talaqla boşamışdır. Ona maddi yardım edilirmi?” Allah Elçisi ﷺ buyurdu: “Ona nə dolanışıq, nə də qalacaq yer düşür”.”

Fatimə bint Qeys
Səhih

İstinad

Nəsəi, 3405 (Talaq, 17)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı