Üç dəfə boşanmış qadının halal olması və onunla evlənməyə icazə verən nikah
أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبَّاسٍ : أَنَّ الْغُمَيْصَاءَ ، أَوِ الرُّمَيْصَاءَ أَتَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ تَشْتَكِي زَوْجَهَا أَنَّهُ لاَ يَصِلُ إِلَيْهَا ، فَلَمْ يَلْبَثْ أَنْ جَاءَ زَوْجُهَا ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، هِيَ كَاذِبَةٌ وَهُوَ يَصِلُ إِلَيْهَا ، وَلَكِنَّهَا تُرِيدُ أَنْ تَرْجِعَ إِلَى زَوْجِهَا الأَوَّلِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : لَيْسَ ذَلِكَ حَتَّى تَذُوقِي عُسَيْلَتَهُ.
“Rəvayət edilir ki, Ubeydullah ibn Abbas ﵄ demişdir: “əl-Ğumeysa və ya ər-Rumeysa Peyğəmbərin ﷺ yanına gəlib öz ərinin onunla maraqlanmamasından şikayət etdi. Bu arada əri də gəldi və dedi: “Ey Allahın Elçisi, bu qadın yalan danışır. Mən onunla maraqlanıram, amma o isə əvvəlki ərinə qayıtmaq istəyir”. Allah Elçisi ﷺ buyurdu: “İkinci ərin səninlə cinsi yaxınlıq etmədikcə bu, mümkün deyil”.”
İstinad
Nəsəi, 3413 (Talaq, 25)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı