Üç dəfə boşanmış qadının halal olması və onunla evlənməyə icazə verən nikah
أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ رَزِينِ بْنِ سُلَيْمَانَ الأَحْمَرِيِّ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : سُئِلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الرَّجُلِ يُطَلِّقُ امْرَأَتَهُ ثَلاَثًا فَيَتَزَوَّجُهَا الرَّجُلُ ، فَيُغْلِقُ الْبَابَ وَيُرْخِي السِّتْرَ ، ثُمَّ يُطَلِّقُهَا قَبْلَ أَنْ يَدْخُلَ بِهَا ؟ قَالَ : لاَ تَحِلُّ لِلأَوَّلِ حَتَّى يُجَامِعَهَا الآخَرُ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا أَوْلَى بِالصَّوَابِ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demşdir: “Peyğəmbərdən ﷺ belə bir sual soruşuldu: “Bir kişi zövcəsini üç talaqla boşayır, sonra o qadın başqa bir kişiyə ərə gedir. Onlar bir yerdə yaşayırlar, lakin kişi onunla cinsi yaxınlıq etmədən qadını boşayırsa, o qadının əvvəlki ərinə qayıtması halal olurmu?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr, ikinci əri onunla cinsi yaxınlıq etmədikcə o qadın ilk ərinə qayıda bilməz”.”
İstinad
Nəsəi, 3415 (Talaq, 27)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı