Allahın ﷿ “Ey Peyğəmbər! Zövcələrinin razılığını diləyərək Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən?!” (ət-Təhrim, 1) ayəsinin izahı
أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ عَبْدِ الصَّمَدِ بْنِ عَلِيٍّ الْمَوْصِلِيُّ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، عَنْ سُفْيَانَ ، عَنْ سَالِمٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : أَتَاهُ رَجُلٌ فَقَالَ : إِنِّي جَعَلْتُ امْرَأَتِي عَلَيَّ حَرَامًا ، قَالَ : كَذَبْتَ ، لَيْسَتْ عَلَيْكَ بِحَرَامٍ ، ثُمَّ تَلاَ هَذِهِ الآيَةَ : {يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ} عَلَيْكَ أَغْلَظُ الْكَفَّارَةِ : عِتْقُ رَقَبَةٍ.
“Səid ibn Cubeyr ﵀ rəvayət edir ki, bir dəfə İbn Abbasın yanına bir kişi gəlib dedi: “Mən zövcəmi özümə haram etmişəm”. İbn Abbas: “Yalan deyirsən, zövcən sənə haram ola bilməz”, - dedi və bu ayəni oxudu: “Ey Peyğəmbər! Zövcələrinin razılığını diləyərək Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən?!” (ət-Təhrim, 1). Sənə böyük kəffarə sayılan kölə azad etmək düşür”.”
İstinad
Nəsəi, 3420 (Talaq, 32)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı