“Ailənin yanına qayıt” sözü
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْدَانَ بْنِ عِيسَى ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا مَعْقِلٌ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ كَعْبٍ ، عَنْ عَمِّهِ عُبَيْدِ اللهِ بْنِ كَعْبٍ ، قَالَ : سَمِعْتُ أَبِي كَعْبًا ، يُحَدِّثُ قَالَ : أَرْسَلَ إِلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَإِلَى صَاحِبَيَّ إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، يَأْمُرُكُمْ أَنْ تَعْتَزِلُوا نِسَاءَكُمْ فَقُلْتُ لِلرَّسُولِ : أُطَلِّقُ امْرَأَتِي أَمْ مَاذَا أَفْعَلُ ؟ قَالَ : لاَ ، بَلْ تَعْتَزِلُهَا وَلاَ تَقْرَبْهَا ، فَقُلْتُ لاِمْرَأَتِي : الْحَقِي بِأَهْلِكِ فَكُونِي فِيهِمْ حَتَّى يَقْضِيَ اللَّهُ عَزَّ وَجَلَّ ، فَلَحِقَتْ بِهِمْ. خَالَفَهُ مَعْمَرٌ.
“Rəvayət edilir ki, Ubeydullah ibn Kəb ﵀ demişdir: “Atam Kəbin belə dediyini eşitdim: “Allah Elçisi ﷺ mənim və yoldaşlarımın yanına adam göndərib bizim zövcələrimizdən uzaq qalmağımızı əmr etdi. Mən göndərilən adama dedim: “Mən onu boşayım, yoxsa nə edim?” O dedi: “Xeyr, ondan uzaq dur, ona yaxınlaşma”. Mən də zövcəmə dedim: “Ailənin yanına qayıt! Allah ﷿ bizim haqda bir hökm nazil edənə qədər orada qal!” O da ailəsinin yanına qayıtdı”.”
İstinad
Nəsəi, 3425 (Talaq, 37)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı