Talaq (boşanma) kitabı

Anlaşılan işarə ilə boşama

أَخْبَرَنَا أَبُو بَكْرِ بْنُ نَافِعٍ ، قَالَ : حَدَّثَنَا بَهْزٌ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ ، قَالَ : كَانَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ جَارٌ فَارِسِيٌّ طَيِّبُ الْمَرَقَةِ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ وَعِنْدَهُ عَائِشَةُ ، فَأَوْمَأَ إِلَيْهِ بِيَدِهِ أَنْ تَعَالَ ، وَأَوْمَأَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِلَى عَائِشَةَ أَيْ وَهَذِهِ ، فَأَوْمَأَ إِلَيْهِ الآخَرُ هَكَذَا بِيَدِهِ ، أَنْ لاَ مَرَّتَيْنِ أَوْ ثَلاَثًا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisinin ﷺ yaxşı şorba bişirən fars bir qonşusu var idi. Bir gün bu fars Allah Elçisinin ﷺ yanına gəldi. Bu vaxt Aişə Peyğəmbərin ﷺ yanında idi. Həmin adam əli ilə işarə edərək Allah Elçisinin ﷺ bu şorbadan gəlib yeməsini bildirdi. Allah Elçisi ﷺ də Aişəyə üçün: “Bəs bu gələ bilər?”, - deyə işarə etdi. O adam da əli ilə iki və ya üç dəfə: “Xeyr!”, - deyə işarə etdi”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 3436 (Talaq, 48)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı