Zihar
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ ، أَنَّهَا أَخْبَرَتْهُ عَنْ حَبِيبَةَ بِنْتِ سَهْلٍ : أَنَّهَا كَانَتْ تَحْتَ ثَابِتِ بْنِ قَيْسِ بْنِ شَمَّاسٍ ، وَأَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ خَرَجَ إِلَى الصُّبْحِ ، فَوَجَدَ حَبِيبَةَ بِنْتَ سَهْلٍ عِنْدَ بَابِهِ فِي الْغَلَسِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ هَذِهِ ؟ قَالَتْ : أَنَا حَبِيبَةُ بِنْتُ سَهْلٍ يَا رَسُولَ اللهِ ، قَالَ : مَا شَأْنُكِ ؟ قَالَتْ : لاَ ، أَنَا وَلاَ ثَابِتُ بْنُ قَيْسٍ لِزَوْجِهَا ، فَلَمَّا جَاءَ ثَابِتُ بْنُ قَيْسٍ ، قَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَذِهِ حَبِيبَةُ بِنْتُ سَهْلٍ قَدْ ذَكَرَتْ مَا شَاءَ اللَّهُ أَنْ تَذْكُرَ فَقَالَتْ حَبِيبَةُ : يَا رَسُولَ اللهِ ، كُلُّ مَا أَعْطَانِي عِنْدِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لِثَابِتٍ : خُذْ مِنْهَا ، فَأَخَذَ مِنْهَا وَجَلَسَتْ فِي أَهْلِهَا.
“Rəvayət edilir ki, Amra bint Abdur-Rahmən ﵂ demişdir: “Həbibə bint Səhl Sabit ibn Qeys ibn Şəmməsin zövcəsi idi. Bir dəfə Allah Elçisi ﷺ evindən Sübh namazına çıxacaqdı və qapısının qarşısında sübhün qaranlığında Həbibə bint Səhli gördü. Allah Elçisi ﷺ buyurdu: “Sən kimsən?” O dedi: “Mən Həbibə bint Səhləm, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Sənə nə olub?” O dedi: “Mən və Sabit ibn Qeys bir yerdə yaşaya bilmərik”. Sabit ibn Qeys gəldikdə Allah Elçisi ﷺ ona dedi: “Bu, Həbibə bint Səldir və Allah istədiyi şeyləri demişdir”. Həbibə dedi: “Ey Allahın Elçisi, onun mənə verdiyi şeylər hamısı yanımdadır”. Allah Elçisi ﷺ Sabitə dedi: “Verdiyin şeyləri ondan al!” Sabit də ondan verdikləri şeyləri aldı, Həbibə isə ailəsinin yanına qayıtdı”.”
İstinad
Nəsəi, 3462 (Talaq, 74)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı