Talaq (boşanma) kitabı

Zihar

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا الْحُسَيْنُ بْنُ وَاقِدٍ ، عَنْ عُمَارَةَ بْنِ أَبِي حَفْصَةَ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ امْرَأَتِي لاَ تَمْنَعُ يَدَ لاَمِسٍ ، فَقَالَ : غَرِّبْهَا إِنْ شِئْتَ ، قَالَ : إِنِّي أَخَافُ أَنْ تَتَّبِعَهَا نَفْسِي ، قَالَ : اسْتَمْتِعْ بِهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Zövcəm ona uzadılan əli geri qaytarmır”. Peyğəmbər ﷺ buyurdu: “İstəyirsənsə, onu boşa”. Kişi dedi: “Axı ona çox bağlıyam”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə ondan faydalan”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 3464 (Talaq, 76)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı