Talaq (boşanma) kitabı

Bir kişi zövcəsini üstüörtülü ittiham edər, uşağın özündən olub-olmadığına şübhə edər və onu öz nəsəbindən çıxarmaq istəyərsə, nə olur?

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ : أَنَّ رَجُلاً مِنْ بَنِي فَزَارَةَ أَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ امْرَأَتِي وَلَدَتْ غُلاَمًا أَسْوَدَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : هَلْ لَكَ مِنْ إِبِلٍ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَمَا أَلْوَانُهَا ؟ قَالَ : حُمْرٌ ، قَالَ : فَهَلْ فِيهَا مِنْ أَوْرَقَ ؟ قَالَ : إِنَّ فِيهَا لَوُرْقًا ، قَالَ : فَأَنَّى تَرَى أَتَى ذَلِكَ ؟ قَالَ : عَسَى أَنْ يَكُونَ نَزَعَهُ عِرْقٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : وَهَذَا عَسَى أَنْ يَكُونَ نَزَعَهُ عِرْقٌ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Bəni Fəzəra tayfasından bir kişi Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Mənim arvadım qaradərili bir oğlan uşağı dünyaya gətirib”. Allah Elçisi ﷺ buyurdu: “Sənin dəvələrin varmı?” O kişi dedi: “Bəli”. Allah Elçisi ﷺ buyurdu: “Onların rəngləri necədir?” O dedi: “Qırmızı”. Allah Elçisi ﷺ buyurdu: “Onların arasında boz rəngdə olanı var?” O dedi: “Bəli, onların arasında boz rəngdə olanı da var”. Allah Elçisi ﷺ buyurdu: “O boz rəngdə olan dəvə haradan gəlib?” O dedi: “Yəqin nəslindən birinə çəkib”. Allah Elçisi ﷺ buyurdu: “Beləcə oğlun da nəslindən birinə çəkib”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 3478 (Talaq, 90)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı