Zahirinə baxaraq kimə mənsub olmağı bilmək
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ مَسْرُورًا ، فَقَالَ : يَا عَائِشَةُ ، أَلَمْ تَرَيْ أَنَّ مُجَزِّزًا الْمُدْلِجِيَّ دَخَلَ عَلَيَّ وَعِنْدِي أُسَامَةُ بْنُ زَيْدٍ ، فَرَأَى أُسَامَةَ بْنَ زَيْدٍ وَزَيْدًا وَعَلَيْهِمَا قَطِيفَةٌ وَقَدْ غَطَّيَا رُؤُوسَهُمَا وَبَدَتْ أَقْدَامُهُمَا فَقَالَ : هَذِهِ أَقْدَامٌ بَعْضُهَا مِنْ بَعْضٍ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir gün Allah Elçisi ﷺ sevinərək yanıma gəldi və buyurdu: “Ey Aişə! Məgər görmədinmi ki, Mucəzziz əl-Mulici yanıma gəlmişdi? Usamə ibn Zeyd də yanımda idi. Usamə ibn Zeyd və Zeyd (ibn Harisə) başlarını örtüb yatmışdılar, ayaqları isə bayırda idi. Mucəzziz onlara baxıb dedi: “Bu ayaqlar bir-birindəndir”.”
İstinad
Nəsəi, 3494 (Talaq, 106)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı