Talaq (boşanma) kitabı

Əri ölən hamilə qadının iddə müddəti

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنِي أَبُو عَبْدِ الرَّحِيمِ ، قَالَ : حَدَّثَنِي زَيْدُ بْنُ أَبِي أُنَيْسَةَ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ مُحَمَّدِ بْنِ مُسْلِمٍ الزُّهْرِيِّ ، قَالَ : كَتَبَ إِلَيْهِ يَذْكُرُ ، أَنَّ عُبَيْدَ اللهِ بْنَ عَبْدِ اللهِ ، حَدَّثَهُ ، أَنَّ زُفَرَ بْنَ أَوْسِ بْنِ الْحَدَثَانِ النَّصْرِيَّ ، حَدَّثَهُ : أَنَّ أَبَا السَّنَابِلِ بْنَ بَعْكَكِ بْنِ السَّبَّاقِ قَالَ لِسُبَيْعَةَ الأَسْلَمِيَّةِ : لاَ تَحِلِّينَ حَتَّى يَمُرَّ عَلَيْكِ أَرْبَعَةُ أَشْهُرٍ وَعَشْرًا أَقْصَى الأَجَلَيْنِ ، فَأَتَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَسَأَلَتْهُ عَنْ ذَلِكَ ، فَزَعَمَتْ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَفْتَاهَا أَنْ تَنْكِحَ إِذَا وَضَعَتْ حَمْلَهَا وَكَانَتْ حُبْلَى فِي تِسْعَةِ أَشْهُرٍ حِينَ تُوُفِّيَ زَوْجُهَا ، وَكَانَتْ تَحْتَ سَعْدِ بْنِ خَوْلَةَ فَتُوُفِّيَ فِي حَجَّةِ الْوَدَاعِ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَنَكَحَتْ فَتًى مِنْ قَوْمِهَا حِينَ وَضَعَتْ مَا فِي بَطْنِهَا.

“Zufər ibn Əus ibn əl-Hədəsan ən-Nəsri ﵀ rəvayət edir ki, bir dəfə Əbus-Sənabil ibn Bə'kək ibn əs-Səbbaq Subey’a əl-Əsləmiyə dedi: “Sənə iki iddə müddətindən ən uzunu olan dörd ay on gün keçmədən evlənmək halal deyil”. Belə olduqda Subey’a Allah Elçisinin ﷺ yanına gəlib bu haqda ondan soruşdu. Allah Elçisi ﷺ də uşağı doğandan sonra evlənə biləcəyini ona bildirdi. Subey'anın əri öldükdə Subey'a doqquz aylıq hamilə idi. Subey'a Səd ibn Havlənin nikahı altında idi və əri Vida həccində vəfat etmişdi. Subey'anın uşağı olduqdan sonra öz tayfasından olan bir gənc adamla evləndi”.”

Zufər ibn Əus ibn əl-Hədəsan ən-Nəsri
Səhih

İstinad

Nəsəi, 3519 (Talaq, 131)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı