Talaq (boşanma) kitabı

Əri ilə yaxınlıq etməzdən qabaq əri vəfat edənin iddə müddəti

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ ابْنِ مَسْعُودٍ ، أَنَّهُ سُئِلَ عَنْ رَجُلٍ تَزَوَّجَ امْرَأَةً وَلَمْ يَفْرِضْ لَهَا صَدَاقًا وَلَمْ يَدْخُلْ بِهَا حَتَّى مَاتَ ؟ قَالَ ابْنُ مَسْعُودٍ : لَهَا مِثْلُ صَدَاقِ نِسَائِهَا لاَ وَكْسَ وَلاَ شَطَطَ ، وَعَلَيْهَا الْعِدَّةُ وَلَهَا الْمِيرَاثُ ، فَقَامَ مَعْقِلُ بْنُ سِنَانٍ الأَشْجَعِيُّ ، فَقَالَ : قَضَى فِينَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي بَرْوَعَ بِنْتِ وَاشِقٍ امْرَأَةٍ مِنَّا مِثْلَ مَا قَضَيْتَ ، فَفَرِحَ ابْنُ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ.

“Rəvayət edilir ki, İbn Məsuddan ﵁ bir qadınla evlənərək ona bir mehr təyin etmədən və aralarında cinsi yaxınlıq olmadan vəfat edən bir kişi haqqında soruşuldu. İbn Məsud dedi: “O qadına onun halında olan digər qadınlara verilən mehrin miqdarı qədər mehr təyin edilir. Bu mehr nə az, nə də çox olmalıdır. Həmçinin qadının iddə müddətini gözləməsi lazımdır və ona miras payı düşür”. Belə olduqda Məqil ibn Yəsar əl-Əşcəi ayağa durub dedi: “Allah Elçisi ﷺ bizim aramızda olarkən Bərva bint Vaşiq adında olan bir qadın haqqında da eyni hökmü vermişdi”. İbn Məsud bunu eşitdikdə sevindi.”

İbn Məsud
Səhih

İstinad

Nəsəi, 3524 (Talaq, 136)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı