Yas tutaraq iddə müddətini gözləyən qadının sürmədən istifadə etməsinin qadağan olması
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْدَانَ بْنِ عِيسَى بْنِ مَعْدَانَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا زُهَيْرُ بْنُ مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ حُمَيْدِ بْنِ نَافِعٍ ، مَوْلَى الأَنْصَارِ ، عَنْ زَيْنَبَ بِنْتِ أَبِي سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ : أَنَّ امْرَأَةً مِنْ قُرَيْشٍ جَاءَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَتْ : إِنَّ ابْنَتِي تُوُفِّيَ عَنْهَا زَوْجُهَا وَقَدْ خِفْتُ عَلَى عَيْنِهَا وَهِيَ تُرِيدُ الْكُحْلَ ، فَقَالَ : قَدْ كَانَتْ إِحْدَاكُنَّ تَرْمِي بِالْبَعْرَةِ عَلَى رَأْسِ الْحَوْلِ ، وَإِنَّمَا هِيَ أَرْبَعَةُ أَشْهُرٍ وَعَشْرًا فَقُلْتُ لِزَيْنَبَ : مَا رَأْسُ الْحَوْلِ ؟ قَالَتْ : كَانَتِ الْمَرْأَةُ فِي الْجَاهِلِيَّةِ إِذَا هَلَكَ زَوْجُهَا ، عَمَدَتْ إِلَى شَرِّ بَيْتٍ لَهَا ، فَجَلَسَتْ فِيهِ حَتَّى إِذَا مَرَّتْ بِهَا سَنَةٌ خَرَجَتْ فَرَمَتْ وَرَاءَهَا بِبَعْرَةٍ.
“Ummu Sələmə ﵂ rəvayət edir ki, Qureyşdən bir qadın Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Qızımın əri vəfat edib, mən də onun gözlərinin pozulmasından qorxuram. Bu səbəblə o, öz gözlərinə sürmə çəkmək istəyir”. Allah Elçisi ﷺ buyurdu: “Sizdən biri bir il gözləyərək başının üstündən dəvə təzəyini ataraq yasdan çıxardı. İndi isə bu, dörd ay on gündür”. Ravi deyir: “Mən Zeynəb bint Əbu Sələməyə dedim: “Cahiliyyət dövründə bir qadının əri vəfat etdikdə evinin ən pis bir küncünə gedər, bir il tamam olana qədər orada qalardı. İl qurtaranda bir dəvə təzəyini atıb yasdan çıxardı”.”
İstinad
Nəsəi, 3540 (Talaq, 152)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı