Talaq (boşanma) kitabı

Yas tutaraq iddə müddətini gözləyən qadının evdən çıxmasına icazə verilməsi

أَخْبَرَنِي أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ الصَّاغَانِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو الْجَوَّابِ ، قَالَ : حَدَّثَنَا عَمَّارٌ - هُوَ ابْنُ رُزَيْقٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ فَاطِمَةَ بِنْتِ قَيْسٍ ، قَالَتْ : طَلَّقَنِي زَوْجِي فَأَرَدْتُ النُّقْلَةَ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : انْتَقِلِي إِلَى بَيْتِ ابْنِ عَمِّكِ عَمْرِو بْنِ أُمِّ مَكْتُومٍ ، فَاعْتَدِّي فِيهِ فَحَصَبَهُ الأَسْوَدُ ، وَقَالَ : وَيْلَكَ لِمَ تُفْتِي بِمِثْلِ هَذَا ؟ قَالَ عُمَرُ : إِنْ جِئْتِ بِشَاهِدَيْنِ يَشْهَدَانِ أَنَّهُمَا سَمِعَاهُ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، وَإِلاَّ لَمْ نَتْرُكْ كِتَابَ اللهِ لِقَوْلِ امْرَأَةٍ : {لاَ تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَلاَ يَخْرُجْنَ إِلاَّ أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ}.

“Rəvayət edilir ki, Fatimə bint Qeys ﵂ demişdir: “Ərim məni boşadı, mən də başqa bir yerdə qalmaq istədim. Bu səbəblə Allah Elçisinin ﷺ yanına gəldim. Allah Elçisi ﷺ buyurdu: “Əmin oğlu Amr ibn Ummu Məktumun evinə köç, iddə müddətini də orada tamamla”. Fatimə bunu söylədikdə Əsvəd bir ovuc torpaq götürüb Fatimənin üzərinə atdı və dedi: “Vay sənin halına! Belə bir şeyi hədis olaraq rəvayət edirsən!” Ömər dedi: “Əgər eyni şeyi Allah Elçisindən ﷺ eşidən iki şahid gətirsən, çox yaxşı olar, yoxsa biz Allahın Kitabını bir qadının sözünə görə tərk etmərik, çünki Allah boşanan qadınlar haqqında buyurur: “...Onları açıq-aşkar zinakarlıq etmələri müstəsna olmaqla, evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar”. (ət-Talaq, 1)”.”

Fatimə bint Qeys
Səhih

İstinad

Nəsəi, 3549 (Talaq, 161)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı