Qəti olaraq boşanan qadına sədəqə verilməsi
أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بَكْرِ بْنِ أَبِي الْجَهْمِ ، قَالَ : دَخَلْتُ أَنَا وَأَبُو سَلَمَةَ عَلَى فَاطِمَةَ بِنْتِ قَيْسٍ ، قَالَتْ : طَلَّقَنِي زَوْجِي فَلَمْ يَجْعَلْ لِي سُكْنَى وَلاَ نَفْقَةً ، قَالَتْ : فَوَضَعَ لِي عَشْرَةَ أَقْفِزَةٍ عِنْدَ ابْنِ عَمٍّ لَهُ ، خَمْسَةٌ شَعِيرٌ وَخَمْسَةٌ تَمْرٌ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ لَهُ ذَلِكَ ، فَقَالَ : صَدَقَ ، وَأَمَرَنِي أَنْ أَعْتَدَّ فِي بَيْتِ فُلاَنٍ ، وَكَانَ زَوْجُهَا طَلَّقَهَا طَلاَقًا بَائِنًا.
“Rəvayət edilir ki, Əbu Bəkr ibn Əbul-Cəhm ﵀ demişdir: “Mən və Əbu Sələmə Fatimə bint Qeysin yanına gəldik. O dedi: “Ərim məni boşamışdı və mənə nə qalacaq yer, nə də azuqə vermişdi. Əmim oğluna mənim üçün sadəcə on qafiz azuqə buraxmışdı. Onun da beşi arpa, beşi isə xurma idi. Mən dərhal Allah Elçisinin ﷺ yanına gəldim və vəziyyəti ona xəbər verdim. Allah Elçisi ﷺ: “Doğru söyləyib”, - dedi və filankəsin evində iddə müddətini gözləməyimi əmr etdi”. Ravi deyir: “Əri onu qaytarmaq mümkün olmayan bir şəkildə boşamışdı”.”
İstinad
Nəsəi, 3551 (Talaq, 163)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı