Boşama zamanı qadını qaytarmaq
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، قَالَ : سَمِعْتُ يُونُسَ بْنَ جُبَيْرٍ ، قَالَ : سَمِعْتُ ابْنَ عُمَرَ ، قَالَ : طَلَّقْتُ امْرَأَتِي وَهِيَ حَائِضٌ ، فَأَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عُمَرُ فَذَكَرَ لَهُ ذَلِكَ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مُرْهُ أَنْ يُرَاجِعَهَا ، فَإِذَا طَهُرَتْ - يَعْنِي - فَإِنْ شَاءَ فَلْيُطَلِّقْهَا قُلْتُ لاِبْنِ عُمَرَ : فَاحْتَسَبْتَ مِنْهَا ؟ فَقَالَ : مَا يَمْنَعُهَا ، أَرَأَيْتَ إِنْ عَجَزَ وَاسْتَحْمَقَ.
“Rəvayət edilir ki, Yunus ibn Cubeyr ﵀ demişdir: “Mən İbn Ömərin belə dediyini eşitdim: “Zövcəm heyzli olarkən onu boşadım. Ömər Peyğəmbərin ﷺ yanına gedib bunu ona dedi. Peyğəmbər ﷺ də buyurdu: “Ona de ki, zövcəsini qaytarsın, zövcəsi heyzdən təmizləndikdə isə istəsə, onu boşaya bilər”. Yunus deyir: “Mən İbn Ömərə dedim: “Onun heyzli ikən verdiyin talağı boşanma saydımı?” O dedi: “Buna nə maneə var ki?! Kişi aciz və axmaq olsa, o başqa...”.”
İstinad
Nəsəi, 3555 (Talaq, 167)
Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı