Talaq (boşanma) kitabı

Boşama zamanı qadını qaytarmaq

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ نَافِعٍ ، قَالَ : كَانَ ابْنُ عُمَرَ ، إِذَا سُئِلَ عَنِ الرَّجُلِ طَلَّقَ امْرَأَتَهُ وَهِيَ حَائِضٌ ، فَيَقُولُ : أَمَّا إِنْ طَلَّقَهَا وَاحِدَةً أَوِ اثْنَتَيْنِ فَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَمَرَهُ أَنْ يُرَاجِعَهَا ثُمَّ يُمْسِكَهَا حَتَّى تَحِيضَ حَيْضَةً أُخْرَى ثُمَّ تَطْهُرَ ، ثُمَّ يُطَلِّقَهَا قَبْلَ أَنْ يَمَسَّهَا ، وَأَمَّا إِنْ طَلَّقَهَا ثَلاَثًا ، فَقَدْ عَصَيْتَ اللَّهَ فِيمَا أَمَرَكَ بِهِ مِنْ طَلاَقِ امْرَأَتِكَ ، وَبَانَتْ مِنْكَ امْرَأَتُكَ.

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “İbn Ömər zövcəsi heyz halında olarkən onu boşayan kişi haqqında sual verildikdə belə deyərdi: “Kim zövcəsini bir və ya iki dəfə boşayarsa, Allah Elçisi ﷺ ona zövcəsini qaytarmağı əmr edərdi. Qadın ikinci dəfə heyz olub yenidən təmizlənənə qədər onu evində saxlamasını və ona yaxınlaşmadan boşamasını əmr edərdi. Əgər zövcəsini üç dəfə boşamışsa və yenidən həmin qadınla evlənmək istəyərsə, onda Allahın boşama haqda olan əmrinə asi olmuş sayılırsan və belə boşanmada qadın bir daha həmin kişiyə qayıda bilməz”.”

Nafi
Səhih

İstinad

Nəsəi, 3557 (Talaq, 169)

Sunən ən-Nəsəi — Talaq (boşanma) kitabı