Atların alınlarındakı kəkil
أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنْ عَمْرِو بْنِ سَعِيدٍ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، عَنْ جَرِيرٍ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَفْتِلُ نَاصِيَةَ فَرَسٍ بَيْنَ أُصْبُعَيْهِ ، وَيَقُولُ : الْخَيْلُ مَعْقُودٌ فِي نَوَاصِيهَا الْخَيْرُ إِلَى يَوْمِ الْقِيَامَةِ : الأَجْرُ وَالْغَنِيمَةُ.
“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ barmaqları ilə atın alnındakı kəkilini hörərək belə buyurduğunu gördüm: “Atların alınlarındakı kəkildə Qiyamət gününə qədər xeyir düyünlənmişdir. Bu da savab və qənimətdir”.”
İstinad
Nəsəi, 3572 (Atlar, 12)
Sunən ən-Nəsəi — Atlar kitabı