Atlar kitabı

Yarış

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسٍ ، قَالَ : كَانَتْ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَاقَةٌ تُسَمَّى الْعَضْبَاءَ لاَ تُسْبَقُ ، فَجَاءَ أَعْرَابِيٌّ عَلَى قَعُودٍ فَسَبَقَهَا فَشَقَّ عَلَى الْمُسْلِمِينَ ، فَلَمَّا رَأَى مَا فِي وُجُوهِهِمْ ، قَالُوا : يَا رَسُولَ اللهِ ، سُبِقَتِ الْعَضْبَاءُ ، قَالَ : إِنَّ حَقًّا عَلَى اللهِ أَنْ لاَ يَرْتَفِعَ مِنَ الدُّنْيَا شَيْءٌ إِلاَّ وَضَعَهُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisinin ﷺ Adba adlı bir dəvəsi var idi. Yarışlarda onu heç kim keçə bilmirdi. Bir gənc bədəvi bir dəvə gətirdi və bu dəvə yarışda Allah Elçisinin ﷺ dəvəsini keçdi. Bu hadisə müsəlmanlara ağır gəldi. Allah Elçisi onların üzündə olan kədəri gördü. Onlar dedilər: “Ey Allahın Elçisi, yarışda Adbanı keçdilər!” Allah Elçisi ﷺ buyurdu: “Bu, Allahın qanunudur. Dünyada yüksələn elə bir şey yoxdur ki, Allah onu aşağı endirməsin”.”

Ənəs
Səhih

İstinad

Nəsəi, 3588 (Atlar, 28)

Sunən ən-Nəsəi — Atlar kitabı