Vəsiyyətlər kitabı

Vəsiyyəti gecikdirməyin bəyənilməməsi

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، عَنْ عُمَارَةَ ، عَنْ أَبِي زُرْعَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَيُّ الصَّدَقَةِ أَعْظَمُ أَجْرًا ؟ قَالَ : أَنْ تَصَدَّقَ وَأَنْتَ صَحِيحٌ شَحِيحٌ تَخْشَى الْفَقْرَ وَتَأْمُلُ الْبَقَاءَ ، وَلاَ تُمْهِلْ حَتَّى إِذَا بَلَغَتِ الْحُلْقُومَ ، قُلْتَ : لِفُلاَنٍ كَذَا وَقَدْ كَانَ لِفُلاَنٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, savabı ən böyük olan sədəqə hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Bu sənin sağlam və xəsis olduğun, kasıb olmaqdan ehtiyat etdiyin və həmişə sağ olacaqsan kimi olduğun halda verdiyin sədəqədir. Bir də ki, sədəqə verməyi, canın boğazına yetişən vaxtda, özün də “filankəsə də bu qədər (verin)” (deyə vəsiyyət edəcəyin günə) saxlama. Çünki həmin vaxt mal-dövlətin başqalarına miras qalacaq”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 3611 (Vəsiyyətlər, 1)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı