Vəsiyyəti gecikdirməyin bəyənilməməsi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ أَبَا إِسْحَاقَ ، سَمِعَ أَبَا حَبِيبَةَ الطَّائِيَّ ، قَالَ : أَوْصَى رَجُلٌ بِدَنَانِيرَ فِي سَبِيلِ اللهِ ، فَسُئِلَ أَبُو الدَّرْدَاءِ ، فَحَدَّثَ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : مَثَلُ الَّذِي يُعْتِقُ أَوْ يَتَصَدَّقُ عِنْدَ مَوْتِهِ مَثَلُ الَّذِي يُهْدِي بَعْدَمَا يَشْبَعُ.
“Rəvayət edilir ki, Əbu Həbibə ət-Tai ﵀ demişdir: “Bir kişi Allah yolunda sədəqə vermək üçün bir qədər dinar vəsiyyət etdi. Bu məsələ Əbu Dərdədən soruşulduqda Peyğəmbərin ﷺ bu hədisini danışdı: “Ölüm ayağında olaraq kölə azad edənin və ya sədəqə verənin misalı, doyduqdan sonra yeməyi başqasına hədiyyə verənin misalı kimidir”.”
İstinad
Nəsəi, 3614 (Vəsiyyətlər, 4)
Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı