Vəsiyyətlər kitabı

Vəsiyyəti gecikdirməyin bəyənilməməsi

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : فَإِنَّ سَالِمًا أَخْبَرَنِي ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : مَا حَقُّ امْرِئٍ مُسْلِمٍ تَمُرُّ عَلَيْهِ ثَلاَثُ لَيَالٍ ، إِلاَّ وَعِنْدَهُ وَصِيَّتُهُ قَالَ عَبْدُ اللهِ بْنُ عُمَرَ : مَا مَرَّتْ عَلَيَّ مُنْذُ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ ذَلِكَ ، إِلاَّ وَعِنْدِي وَصِيَّتِي.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Heç bir müsəlmanın vəsiyyəti yazılı halda yanında olmadan üç gecə keçirməsinə haqqı yoxdur”. Abdullah ibn Ömər deyir: “Allah Elçisindən ﷺ bunu eşitdiyimdən bəri vəsiyyətim həmişə yanımdadır”.”

İbn Ömər
Səhih

İstinad

Nəsəi, 3618 (Vəsiyyətlər, 8)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı